Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Təxribatlar davam edərsə, Qərbi Zəngəzur iqtisadi rayonu da yaradıla bilər” – RƏY

Tarix: 23-07-2021 18:38     Baxış: 3221 A- / A+
“Təxribatlar davam edərsə, Qərbi Zəngəzur iqtisadi rayonu da yaradıla bilər” – RƏY

"Ermənistan təxribatlara davam edərsə, Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldığı kimi Qərbi Zəngəzur iqtisadi rayonu da yaradıla bilər".

Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanın təxribatları davam etdirməsinin müxtəlif səbəbləri var: "Bu səbəblərdən biri də müəyyən qüvvələrin erməniləri təxribatlara sövq etməsidir. Müxtəlif regionlardan olan belə qüvvələrin şişirdilmiş vədləri Ermənistanı axmaq təxribatları reallaşdırmağa həvəsləndirir. Azərbaycan ordusu təxribatların qarşısını kifayət qədər almağa çalışır. Cənab Prezident İlham Əliyev ötən gün Daşkəsənə səfəri zamanı yenə qeyd etdi ki, biz Ermənistana sülh təklif etmişik və bunu bütün dünyaya bəyan edirik. Ermənistan bilməlidir ki, əgər belə davam edərsə, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradıldığı kimi Qərbi Zəngəzur iqtisadi rayonu da yaradıla bilər. Bununla yanaşı, Azərbaycanın tarixi İrəvan torpaqlarını geri istəməyə də haqqı çatır".

Qeyd: İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar