Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Makronun Bakıya da səfəri gözlənilir

Tarix: 23-07-2021 18:16     Baxış: 3168 A- / A+
Makronun Bakıya da səfəri gözlənilir

Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Bu gün isə məlum olub ki, Makronun İrəvan ilə yanaşı, Bakı və Tbilisiyə də səfər etmək ehtimalı var.

Manevr.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azadlıq” radiosunun Ermənistan şöbəsinə verdiyi müsahibəsində Fransa Prezidentinin bu səfərinin regional xarakter daşıdığını deyib.

"Bu görüşün məhz nə vaxt reallaşacağını soruşsanız, deyə bilərəm ki, görüş ən faydalı olacağı zaman baş tutacaq. Ən faydalı zaman səfərin regionda siyasi prosesi irəlilətməyə, Azərbaycan və Ermənistana problemli məsələlərdə inkişafa nail olmağa imkan verəcəyi vaxtdır. Beləliklə, səfərin tarixi və parametrləri bu məqsədə uyğun olaraq təyin olunacaq”, - deyə səfir deyib.

Bununla yanaşı, jurnalistin E.Makronun səfərinin regional olub-olmaması barədə suala cavab verən Conatan Laot bildirib:

"Prezident Makronun regionun bütün liderləri ilə danışıqlar aparması məntiqli olardı. Bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək, Azərbaycan və Ermənistan arasındakı siyasi prosesə töhfə vermək imkanımız var”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar