Xəbər lenti
Ermənilər Kəlbəcər və Laçın rayonlarının da mina xəritələrini Azərbaycana təhvil verəcək" - Politoloq
"Həyata keçirilən bu prosesin tam detalları 30-40 ildən sonra məlum olacaq”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında növbəti mərhələdə daha hansı rayonların mina xəritələrinin Azərbaycana təhvil verilə biləcəyi məsələsinə toxunarkən, politoloq Cümşüd Nuriyev deyib:
"Yaxın dövrdə Kəlbəcər və Laçın rayonları üzrə mina xəritələrinin ermənilər tərəfindən Azərbaycana təhvil verilməsinin şahidi ola bilərik. Ağdam üzrə verdikləri mina xəritəsinin yarısı saxta idi. Kəlbəcərə minaları ermənilər qaçhaqaçda necə gəldi basdırıblar. Cəbrayılda Azərbaycan özü bu prosesi artıq başa çatdırmaq üzrədir. Digər rayonlarda, Hadrut və Şuşada minalanmış sahələr o qədər də yoxdur. O mənada yoxdur ki, Azərbaycan Ordusu həmin əraziləri azad edən ərəfədə ermənilər bu rayonları minalaya bilməmişdilər. Mina xəritələrinin verilməsi, əvəzində həbs edilən erməni diversantların İrəvana təhvil verilməsi prosesində elə məsələlər var ki, açıqlanmır. Diversant əsirlərin əvəzində nələri istədiyimiz, nələri aldığımız ola bilər tam şəkildə elan olunmur. Yəni tək mina xəritələrinə görə erməni diversantlar təhvil verilməz. Bu prosesin arxasında ola bilər başqa məqamlar da var”.
Ümumiyyətlə C.Nuriyevin fikrincə, ermənilərin mina xəritələrini verib-vermədikləri Azərbaycanı o qədər də maraqlandırmır:
"Azərbaycan Prezidenti bölgələrə dünənki səfərində bir çox məsələləri konkretləşdirdi. Qalib ölkə kimi şərtləri Azərbaycan diktə edir. Əsas önəmlisi odur ki, Paşinyan sülh müqaviləsini imzalamaq istədiyini bəyan edib. Sülh müqaviləsinin imzalanması ilə İrəvan avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bakının istədiyi də budur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar