Xəbər lenti
Putin və Paşinyanın danışığının detalları: Kreml Zəngəzur dəhlizinin açılmağını istəyir

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Manevr.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, telefon danışığı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən 2 gün sonra baş tutub.
Ermənistanın “Joğovurd” qəzeti məsələyə diqqət çəkərək, Putinin hər iki ölkə lideri ilə ikitərəfli əməkdaşlıqla yanaşı, regional kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərini müzakirə etdiyini vurğulayıb.
“Sərhəd gərginliyi fonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqları diqqət çəkir. Sərhədyanı işlərin aktivləşdirilməsi, rus sərhədçilərinin bölgəyə yerləşdirilməsi və Qazaxla Naxçıvanın anklav kəndlərinin qaytarılması fonunda məsələ diqqət çəkir. Ermənistanın taleyinin ölkədən kənarda həll olunması barədə təəssürat yaranır və bizdən heç nə soruşan yoxdur”, - deyə qəzet yazır.
“Joğovurd” qəzeti Putinin Zəngəzur dəhlizi və üçtərəfli razılşamanın digər bəndlərinin icrası üçün Paşinyana təkid etdiyini də diqqətə çatdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar