Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni keşişlər Kəlbəcərdəki Xudavəng kilsəsini birdəfəlik TƏRK ETDİ

Tarix: 22-07-2021 18:32     Baxış: 4140 A- / A+
Erməni keşişlər Kəlbəcərdəki Xudavəng kilsəsini birdəfəlik TƏRK ETDİ

Kəlbəcər ərazisindəki Xudavəng alban kilsəsində məskunlaşmış erməni keşişləri oranı tərk edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Xudavəngdəki keşişlərdən biri Nerses Arutyunyan bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üç aydır ki, erməni keşişlərinə Xudavəng monastrına daxil olmağı qadağan edir.

“Onlar həmişə hansısa səbəb tapırlar, gah pandemiyanı, gah yolun dağılmasını əsas gətirirlər. İndi isə onlar sadəcə olaraq deyirlər ki, “yox, vəssalam””,-keşiş bildirib. O, deyib ki, monastrda cəmi 6 keşiş xidmət edirdi. Baxmayaraq ki, onlar məişət problemləri ilə üzləşirdilər, monastrı tərk etmək istəmirdilər. “Lakin may ayından bəri bizim monastra daxil olmaq imkanımız yoxdur. Hazırda monastrdakı keşişlər Qandzasar (Ağdərədə yerləşir,-red.) kilsəsindədir. Rusiya tərəfi erməni keşişlərinin monastra qayıtması üçün danışıqlar aparır”,-o deyib.

Xatırladaq ki, Kəlbəcərdəki qədim alban kilsəsi olan Xudavəng monastrını rayonu işğal edəndən sonra ermənilər “qədim erməni kilsəsi” adlandırıb oranı öz adlarına çıxırdılar. 2020-ci ilin noyabrında Kəlbəcər rayonundan Ermənistan işğalçı qüvvələri çıxarılanda monastrın erməni dindarlar üçün açıq olmasına şərait yaradılması barədə Moskvanın müraciəti nəzərə alındı və Azərbaycan tərəfi Xudavəngdə bir neçə erməni keşişinin xidmət etməsinə razılıq verdi. Və Rusiya sülhməramlı kontintentindən monastrın mühafizəsinə bir bölük əsgər, 2 BTR ayrıldı.

Lakin daha sonra Xudavəngdəki erməni keşişləri və sülhməramlılar Azərbaycanın udi icmasının nümayəndələrinin monastrda sərbəst ibadət etməsinə maneələr yaratmağa başladı. Eləcə də bəzi hallarda monastra azərbaycanlı jurnalistlər buraxılmamışdı. Nəticədə belə görünür ki, Azərbaycan tərəfi Kəlbəcərdə “qədim erməni kilsəsi” şəklində hansısa anklavın mövcudluğuna son qoymağı qərara alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar