Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Moskva görüşündə diqqət çəkən üç vacib MƏQAM - DETALLAR

Tarix: 21-07-2021 12:35     Baxış: 3230 A- / A+
Moskva görüşündə diqqət çəkən üç vacib MƏQAM - DETALLAR

Dünən Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə, Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirildi.

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini konkret.az-a şərh edən araşdırmaçı jurnalist Asif Nərimanlı bildirib ki, Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi: “Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi. “Prezident qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir.

İkincisi, Vladimir Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və vurğuladı ki, “nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik”. Bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir: “Lakin bu güzəştlər münaqişə ilə bağlı deyil. Münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır. Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini – ehtimal ki, Ermənistana quru əlaqəsinin daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”.
Moskva görüşündə diqqət çəkən üç vacib MƏQAM - DETALLAR

Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: “Mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır. Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar. Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək. Bakının mövqeyini çatdıracaq və sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq. Putin-Paşinyan və Putin-Əliyev görüşünün cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar