Xəbər lenti
Şarl Mişelə cavab: “Statusla bağlı güzəşt olmayacaq”
Zərdüşt Əlizadə: “O məsələ Azərbaycan 3 min şəhid verənə qədər gündəmdə idi”
Bu gün Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq üçün dörd istiqamətdə əməkdaşlıq etməyə hazırdır.
İrəvanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gündəmdə olan problemləri danışıqlar yoluyla həll etmək olar və Avropa İttifaqı bu istiqamətdə rol oynamağa, ATƏT-in Minsk Qrupu çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
O qeyd edib ki, ilk olaraq əsirlərin və mina xəritələrinin mübadiləsindən başlamaq olar. Daha sonra, Şarl Mişel sərhədlərin delimitasiyası məsələsinə toxunub və bu problemin danışıqlar yoluyla həll oluna biləcəyini deyib.
Üçüncü istiqamət olaraq, Aİ Şura sədri Azərbaycan və Ermənistan arasında əməkdaşlıq məsələlərini, habelə, nəqliyyat amilini qeyd edib.
Şarl Mişel dördüncü istiqamət olaraq isə “Qarabağın statusu” və sülhə nail olmaqda əməkdaşlıq edəcəyini deyib.
Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan isə Azərbaycanı sülhə davamlı maneə törətməkdə ittiham edib. Paşinyan Rusiya ilə nəqliyyat əlaqələrinin qurulmasına rəsmi Bakının imkan vermədiyini bildirib (Ermənistan KİV).
Manevr.az-ın xəbərinə görə, bu və digər açıqlamaları bizimyol.info-ya şərh edən politoloq Zərdüş Əlizadə bildirib ki, qoy Avropa İttifaqı Şurası sədrinin qeyd etdiyi ilk 3 məqam diqqəti çəkir.
“Əgər Avropa İttifaqı regionda sülhə nail olmaq üçün töhfələr vermək istəyirsə, qoy ilk üç məsələdə kömək etsin, sonrasına baxarıq”, - deyə Z.Əlizadə bildirib.
Politoloq “sonrası” olaraq, sadəcə qonşuluq münasibətlərinin bərpası və sülh sazişindən söz gedəcəyini bildirib.
“Fikrimcə, İlham Əliyev dördüncü məsələdə güzəştə getməyəcək. Heç bir status məsələsindən söz gedə bilməz. Status məsələsi Azərbaycan 3 min şəhid verənə qədər gündəmdə idi. O zaman danışıqlar gedirdi, Ermənistan sülh üçün heç bir addım atmadı və danışıqları pozdu. Bundan sonra ancaq Azərbaycanın ərazi bütövlüyünün tanınması və separatçılığa son qoyulması ilə sülhə nail olmaq olar. Lakin onu deyə bilərəm ki, Aİ-nin danışıqlarda iştirakı, hər hansı vasitəçiliyə can atması Bakı tərəfindən alqışlanacaq, Şarl Mişelin sadaladığı ilk 3 məqamda Azərbaycan pozitiv mövqe göstərəcək ”, - deyə Z.Əlizadə vurğulayıb.
Azərbaycanlı politoloq həmçinin Nikol Paşinyanın “Azərbaycan Rusiya ilə nəqliyyat əlaqələrin qurmağımıza əngəl törədir” ittihamını şərh edib.
“Bunun üçün ilk addımı Ermənistan atmalıdır. Ruslar “Zəngəzur dəhlizi” ifadəsini gündəmə gətirib, amma mənim fikrimcə, Azərbaycana adi yol da kifayət edir. Əgər rəsmi İrəvan hansısa güzəştə getsə, Azərbaycan da müəyyən güzəştlərə gedə bilər. Təbii ki, “status” məsələsi istisna olmaqla”, - deyə Z.Əlizadə söyləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar