Xəbər lenti
Ermənistanın atəşkəs rejimini pozması nə vaxta kimi davam edəcək? - Politoloq
"Ermənistan münaqişənin tükənmədiyini, hələ davam etdiyini göstərmək üçün atəşkəs rejimini pozur”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan silahlı qüvvələrinin iyulun 16-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndi, Berd rayonunun Mosesqex kəndi, Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Politoloq hesab edir ki, Ermənistan bu mövqeyi ilə həm Azərbaycan, həm beynəlxalq aləmə bildirmək istəyir ki, münaqişə həll edilməyib:
"Münaqişənin həllinə ehtiyac var. Onlar münaqişənin həlli üçün Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların bərpasını istəyir. İstəyirlər ki, bu məsələ Minsk qrupunun həmsədləri-Fransa, ABŞ və Rusiya da qarışsın. Onların istəyi budur. Azərbaycan tərəf isə münaqişənin geridə, tarixdə qaldığını deyir, heç bir status ola bilməz. Onların mövqeyi isə budur - münaqişə bitməyib və status məsələsi müzakirə olunmalıdır. Öz mövqelərini sübut eləmək üçün də atəşkəsi pozurlar. Belə-belə oyun gedir”.
Zərdüşt Əlizadə bildirib ki, buna son qoymaq üçün Azərbaycanın iki yolu var:
1. Ya genişmiqyaslı əməliyyat aparmaq.
Bu təhlükəlidir, çünki Rusiya müdaxilə edə bilər. Azərbaycan çətin ki, bu yola üstünlük versin.
2. Ya da Ermənistanla sülh niyyətləri əsasında geniş əlaqələr qurulsun və sübut edilsin ki, ədavətə ehtiyac yoxdur.
Ona görə də bu proses davam edəcək. Nə vaxta kimi davaç edəcəyini isə zaman göstərəcək”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar