Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Cəbhədə artan gərginliyin PƏRDƏARXASI: “Paşinyanın Ermənistan ordusu üzərində nəzarəti tam deyil” - ŞƏRH

Tarix: 16-07-2021 18:44     Baxış: 4162 A- / A+
Cəbhədə artan gərginliyin PƏRDƏARXASI: “Paşinyanın Ermənistan ordusu üzərində nəzarəti tam deyil” - ŞƏRH

“Ermənistan ordusundakı generalitetin müəyyən hissəsi Rusiyaya biət etmiş hərbçilərdir”.

Manevr.az xəbər vrir ki, bu fikirləri yenicag.az-a açıqlamasında son günlər Ermənistan istiqamətindən Azərbaycanın müxtəlif ərazilərinin atəşə tutulmasının Nikol Paşinyanın “Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq və Qərb dövlətlərini prosesə cəlb etmək” niyyətindən qaynaqlandığına dair fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Cəbhədə artan gərginliyin PƏRDƏARXASI: “Paşinyanın Ermənistan ordusu üzərində nəzarəti tam deyil” - ŞƏRH

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin atəşə tutulmasının arxasında Rusiyanın dayandığı şübhə doğurmur:

“Bu gün Ermənistan və onun hakimiyyəti hər hansı müstəqil addım atmaq iqtidarında deyil. O baxımdan, Paşinyanın guya hansısa məqsəd naminə cəbhədə gərginliyi artırmaq cəhdinə əl atması məsələyə çox səthi yanaşma olardı.

Bildiyiniz kimi, Ermənistan ərazisində Rusiyanın geniş hərbi kontingenti yerləşdirilib, az qala bütün infrastrukturuna nəzarət Rusiya şirkətlərrinin əlindədir. Eyni zamanda, Ermənistan ordusundakı generalitetin müəyyən hissəsi Rusiyada təhsil alıb və o ölkəyə biət edir.

Mən o fikirdə deyiləm ki, Paşinyan ölkənin Silahlı Qüvvələri üzərində nəzarəti itirib. Lakin ordunun daxilindəki bəzi generallar, o cümlədən orta və aşağı zabit heyətindəki bir sıra hərbçilərin əmri Moskvadan aldıqları şübhə doğurmur.

Həmçinin başda “Qarabağ klanı” olmaqla, Rusiyanın Ermənistanda heç də zəif olmayan “5-ci kolon”u mövcuddur. Belə bir vəziyyətdə Rusiya onların əli ilə müəyyən təxribatlar törətməkdə çətinlik çəkmir. Mənə belə gəlir ki, cəbhədə gərginliyin artmasının arxasında Rusiyanın bölgədəki mövqelərini gücləndirmək məqsədi dayanır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar