Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiyanın icazəsi olmadan quş tüfəngi ilə sərçəyə də atmırlar"

Tarix: 16-07-2021 12:33     Baxış: 4142 A- / A+
"Rusiyanın icazəsi olmadan quş tüfəngi ilə sərçəyə də atmırlar"

“Bir neçə gündür Şuşaya, Naxçıvana, bu gün isə Kəlbəcərə atəş açılıb. İşğaldan azad edilən ərazilərə düşmən tərəfindən atəş açılması təbii ki, rusların işidir, icraçı olaraq bunu ermənilər edib, tətiyi çəkən ermənilərdir, amma o klassik deyimdə deyildiyi kimi “atan kazaklardır”. Rusiyanın icazəsi olmadan Ermənistan quş tüfəngilə bir sərçə də ata bilməz”.

Manevr.az xəbər verir ki, bu fikirləri bizimyol.info-ya Qarabağda ermənilərin yenidən fəallaşmasını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev səsləndirib.
"Rusiyanın icazəsi olmadan quş tüfəngi ilə sərçəyə də atmırlar"

“Ermənistanın heç nəyi yoxdur - nə sərhəd qoşunları, nə ordusu, nə iqtisadiyyatı. Bölgədə yeni yaranmış reallıqlar, Azərbaycanın və Türkiyənin tutduğu mövqe təbii ki, kimlərisə qane etmir, atılan addımlar prossesləri geriyə çevirməyə hesablanıb. Rusiya da özünün lazımlı olduğunu göstəmək istəyir, kiçik münaqişə ocaqları, toqquşmalar yaratmaqla sülhməramlı missiyanın lazımlılığına işarə edir. Amma unudur ki, Rusiyanın da imza qoyduğu 10 noyabr sazişində kiçik münaqişələr törədən terrorçular çıxarılmalı, buna paralel olaraq sülhməramlılar yerləşməliydi. Ölkə Prezidenti dediyi kimi, Qarabağ münaqişəsi bitibdir, indən belə ermənilərin törətdikləri təxribatlar münaqişəyə aid deyil, yeni pozucu təhdidlərdir və heab edirəm ki, bu pozucu təhdidlər də mühaibə səbəbidir. Ona görə bu məsələləri Rusiya mövqelərini möhkəmlətmək, yeni oyunlar qurmaq üçün edir, erməni də onun əlində alətdir. Azərbaycan tərəfi suverenliyini təhdid edən qüvvələrin təxribatını yerindəcə susdurmalıdır. Bizim o təhdid nöqtələrini sıradan çıxarmaq hüququmuz var. Belə bir versiya da mümkündür ki, bizi Rusiya ilə toqquşdrmaq istəyi var. Bu təkcə Ermənistanın istəyi deyil, bunu istəyən başqa qüvvələr var. Azərbaycan heç bir dövlətdən çəkinmir, təhlükəsizliyimizi təhdid edən istənilən qüvvəni aradan qaldırmaq gücünə malikdir, 30 il əvvəlki Azərbaycan deyil. Türkiyə və Pakistan kimi çox ciddi dostlarımız var. İndi Ermənistan Rusiyanı dövriyyəyə salmaq planınını kənara qoymalıdır. Rusiyanın özünün kifayət qədər problemləri var. Əfqanıstanda baş verən məsələlər onu göstərir ki, o yeni bir Əfqanıstan bataqlığına girə bilər. Yeni cəbhələr açıb, zəif düşə bilər. Ona görə hesab eləmirəm ki, Rusiya indi Ermənistanın oyuncağına çevrilsin.

Bütün dövlətlər bilməlidir ki, Azərbaycana qarşı hansısa aqressiya olacaqsa mütləq cavabını alacaq. Hansısa bir dövlət böyükdür deyə, biz ərazi bütövlüyümüzdən keçməli deyilik. Sadəcə olaraq biz optimal yolları seçirik, torpaqlarımızın delimitasiya və demarkasiyası ilə məşğul oluruq. Azərbaycan daxilində Qarabağ iqtisadi bölgəsi yaradılıb, orada gələcəkdə erməni əsilli əhalinin hüquqları ilə də bağlı müzakirələr olacaq, cinayət törətməyən, 88-ci ilə qədər Azərbaycanda doğulanlar və onların varisləri bu hüquqlardan faydalanacaqlar. Ora sonradan köçürülən ermənilər də, sülhməramlı ruslar da əvvəl axır o əraziləri tərk edəcəklər. Bura rusların bazası deyil və münaqişə istəmirlərsə, delimitasiyadan sonra yaradılan sərhəddə Ermənistan ərazisində dayana bilərlər. Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Əgər buradan Ermənistanın silahlı tör-töküntüləri çıxmayacaqsa, Azərbaycan daxili antiterror əməliyyatı ilə onların öhdəsindən gələ bilər. Bizim heç kimə ehtiyacımız yoxdur. Biz 30 il öncəki kimi Rusiyanın addımlrından ehtiyat etmirik. Bunu hamı bilməlidir”,- deyə partiya sədri vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar