Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Xankəndiyə atəş açsaq, rus əsgərini öldürüb üstümüzə atacaqlar” - ŞOK AÇIQLAMA

Tarix: 15-07-2021 21:51     Baxış: 3250 A- / A+
“Xankəndiyə atəş açsaq, rus əsgərini öldürüb üstümüzə atacaqlar” - ŞOK AÇIQLAMA

“Atəşkəsin pozulması və bunun az qala sistemli hal alması yaxşı hadisə deyil. Əlbəttə, bu təxribatı törədənlər Azərbaycanı təxribata çəkmək istəyənlərdir. Aydındır ki, indi Xankəndində sülhməramlılar var. Əgər biz ora atəş açsaq, öldürməsək də rus əsgərini öldürüb üstümüzə atacaqlar. Əsas məsələ odur ki, bu və ya digər formada Azərbaycanı təxribata cəlb etsinlər. Biz qətiyyən bu təxribata getməməliyik. Bu günə qədər Prezidentin atdığı addımlar Azərbaycan dövlətinin maraqlarına, onun güclənməsinə xidmət edib. Biz dövlətimizin və ölkə başçısının yanında olmalıyıq. Daxilimizdə hər hansı bir narazılıq olmamalıdır”.

Manevr.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev deyib.

Siyasi şərhçi xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi aparan zaman hər kəs birlik içində olub və Azərbaycan dövlətini müdafiə edib. Onun sözlərinə görə, indi də çox incə məqamdır: “Mən hamıdan xahiş edirəm ki, dövlətimizin arxasında dayanaq, bir-birimizi didməyək”.

Mütəxəssis ehtimal edir ki, məntiqi baxımından Ermənistan ordusunun darmadağın edilməsi, bu ordunun müharibə aparmaq imkanı olmamasına baxmayaraq hansısa qüvvələr müharibə olmasında maraqlıdır: “Bəli, kənardan bunu arzu edirlər. Ancaq belə bir müharibə bizə lazım deyil. Çünki bunun vaxtı da deyil. Təxribatların sayı getdikcə çoxalır. Diqqət edin, açıq göründü ki, ATƏT-in Minsk Qrupuna üzv dövlətlər hələ də Azərbaycanın zəfərini qəbul edə bilmir. Biz ağıllı olmalı, uzaqgörən siyasət yürütməli və ən əsası soyuq başla düşünməliyik”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar