Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

YAP-da gizli qarşıdurma: Budaqov Əhmədovun oturduğu budağı niyə kəsir?

Tarix: 13-07-2021 16:12     Baxış: 4181 A- / A+
YAP-da gizli qarşıdurma: Budaqov Əhmədovun oturduğu budağı niyə kəsir?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) adı ətrafında növbəti dəfə ajiotaj yaranıb. Hesablama Palatasının bu qurumda yoxlamalara başlaması iqtidar partiyasını siyasi müzakirələrin mərkəzinə çevirib. YAP-ın və çoxillik staja malik olan YAP-çıların gələcəyilə bağlı müzakirələr indi siyasi gündəmin bir nömrəli mövzusuna çevrilib.

Manevr.az xatırladır ki, YAP-da dəyişikliklərə bu təşkilatın bir neçə ay əvvəl keçirilən fövqəladə qurultayında start verilib. Keçmiş icra başçısı Tahir Budaqovun YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri postuna gətirilməsindən sonar partiyada dəyişiklik rüzgarları əsməyə başladı. Budaqov uzun illər bu partiyada kök salmış məmur-YAP-çıları Mərkəzi Aparatdan uzaqlaşdırmaqla yeniliklərin anonsunu verdi. Politoloq Rufiz Qonaqovun bir neçə gün öncə hakim partiyada seçkilərlə iş şöbəsinin müdiri vəzifəsinə gətirilməsi daha ciddi təyinatların anaonsu kimi qiymətləndirilir. Müşahidəçilər YAP-ın vitrinində tezliklə yeni simaların görünəcəyini istisna etmirlər.

YAP-da nə baş verir? Hesablama Palatasının ölkənin ən nəhəng siyasi təşkilatında yoxlamala başlamasına səbəb nədir? Hesablama Palatası kimin, yaxud kimlərin fəaliyyətini yoxlamqda maraqlıdır?

Əldə etdiyimiz məlumatlara görə, YAP-da qəfil yoxlamalara start verilməsi partiyadaxili ziddiyyətlərlə bağlıdır. Belə ki, Tahir Budaqovun de-fakto hakim partiyanın bir nömrəli funksionerinə çevrilməsi “köhnə qvardiya”nı narahat etməyə başlayıb. YAP-dakı mövqelərini itirmək istəməyən “köhnə”lər müqavimət göstərməyə cəhd edirlər. Narazıların önündə isə həm Baş nazirin, həm də YAP sədrinin müavini olan sabiq deputat Əli Əhmədov dayanır. Əli Əhmədov partiya idarəçiliyindən mədəni şəkildə, həm də böyük ustalıqla uzaqlaşdırılandan sonra onun kadrları da “arzuolunmaz” elan ediliblər. Artıq bir çox rayon təşkilatlarında onların yola salınması prosesi start götürüb. Təhlükənin böyüdüyünü görən sabiq icra katibi özünüqoruma instinktlərini işə salıb. Və bununla da özü üçün ciddi problemlər yaradıb.

Məlumatlı şəxsin sözlərinə görə, YAP-da maliyyə yoxlamalarının aparılması birbaşa Əli Əhmədov faktoruyla bağlıdır. Belə ki, uzun illər partiyada maliyyə vəsaitinin yığılmasına və xərclənməsinə şəxsən Əli Əhmədov rəhbərlik edib. Budaqov Hesablama Palatasının əliylə rəqibinin əl-qolunu bağlamaq istəyir. Budaqovun planı baş tutsa, Əhmədov partiyada qalmaq üçün tutmağa budaq tapmayacaq.../yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar