Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasında Tovuz hadisələrinin rolu oldu”

Tarix: 12-07-2021 18:03     Baxış: 3142 A- / A+
“Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasında Tovuz hadisələrinin rolu oldu”

Tərlan Eyvazov: “Polad Həşimov və digər zabitlərin ölümündə xəyanət yox, ordu rəhbərliyindəki boşluqlar və səhlənkərlıq amilləri əsas götürülməlidir”
Tovuz hadisələrindən bir il keçsə də, hələ də bu hadisələrlə bağlı müxtəlif müzakirələr gedir, mətbuatda bir-birindən fərqli iddialar səsləndirilir.

Bu döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və Azərbaycan bir neçə hərbi qulluqçusunun şəhid olması Azərbaycan cəmiyyətində sarsıntı ilə yanaşı, oyanışa da səbəb olmuşdu. Və məhz bu hadisələrdən sonra, Azərbaycanla Türkiyənin birgə təlimləri, ordu rəhbərliyində dəyişikliklər həyata keçirildi. Məhz 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən Müharibəsinin də, Tovuz Hadisələrinin məntiqi nəticəsi olduğunu düşünən az deyil.

Manevr.az-ın xəbərinə görə, Tovuz hadisələrində zabitlərimizin ölümü, xüsusilə də, bu hadisədən sonra ordudakı islahatlarla bağlı bizimyol.info saytına danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Tovuz hadisələri ölkə rəhbərliyini bir çox ciddi addımlar atmağa vadar etmişdi. O bildirib ki, Polad Həşimov və İlqar Mirzəyevin ölümündə, müəmma və yaxud hansısa konspirasiya axtarmağa gərək yoxdur.
“Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasında Tovuz hadisələrinin rolu oldu”

“Biz məkrli, hiyləgər və arxası güclü olan düşmənlə döyüşürdük. Mən burda müəmma və ya xəyanət faktoru axtarmazdım. Tovuz hadisələri Azərbaycana qarşı yalnız təxribat yox, bir növ nəbz yoxlanışı oldu. Bu hadisələrdə həm ordunun hərbi-texniki hazırlığı, həm də kadrları sınaqdan keçdi. Tovuz döyüşlərinin təhlili zamanı ordu rəhbərliyindəki boşluqlar, səhlənkarlıq kimi amillər əsas götürülməlidir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, məhz Tovuz hadisələrindən sonra, ölkə rəhbərliyi bir sıra islahat xarakterli addımlar atmağa başladı, Milli Orduda və Baş Hərbi Qərargahda bəzi kadr dəyişiklikləri edildi.

“Nəticədə, bir sıra yüksək rütbəli zabitlər ordu rəhbərliyindən kənarlaşdırıldı”, - deyə T.Eyvazov əlavə edib.

Müxbirimizin “Nəcməddin Sadıkovun da ordudan uzaqlaşdırılması bu addımlardan sayıla bilərmi?” sualına Tərlan Eyvazov belə cavab verib:

“Təbii ki, o cümlədən, bu addım da Tovuz döyüşlərindən sonrakı islahatlardan biri sayıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar