Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Siyasi partiyalarda yoxlamalara başlanılır - YAP-dan sonra növbə hansı partiyanındır?

Tarix: 10-07-2021 17:03     Baxış: 3156 A- / A+
Siyasi partiyalarda yoxlamalara başlanılır - YAP-dan sonra növbə hansı partiyanındır?

Hesablama Palatası təkcə hakim Yeni Azərbaycan Partiyasında (YAP) deyil, dövlət büdcəsindən maliyyə ayrılan digər siyasi təsisatlarda da yoxlamalar aparacaq.

Manevr.az xəbər verir ki. hit.az-a daxil olan məlumata görə, əsasən parlamentdə təmsil olunan və büdcədən maliyyələşən partiyaların vəsaitləri nəyə sərf etdiyi araşdırılacaq.

9 fevral 2020-ci il tarixdə növbədənkənar parlament seçkiləri nəticəsində formalaşan Milli Məclisdə 11 partiya yer qazanıb. YAP parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP), Vətəndaş Birliyi Partiyasının (VBP), Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ Partiyası (REAL) parlamentdə 1 deputatla təmsil olunur.

“Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulub. İrəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcək. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaq. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar