Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Zəngəzur Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir”

Tarix: 09-07-2021 17:11     Baxış: 4173 A- / A+
“Zəngəzur Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması gözləniləndən də çox effekt verəcək. Belə ki, bu mövzu Ermənistan və Rusiyada da əks- səda doğurub.

Zəngəzur məsələsi bu gün Milli Məclisin növbədənkənar iclasında da müzakirə mövzusu oldu. Deputat Tahir Kərimli söz alaraq sosial şəbəkələrdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının bir çoxları tərəfindən Ermənistana torpaq iddiası kimi yorumlanmasının qəti əleyhinə olduğunu bildirdi.

Deputat Fəzail Ağamalı isə əksinə düşündüyünü söyləyərək, bütöv Zəngəzura ərazi iddiası etməkdə haqlı olduğumuzu söylədi.

“Biz gələcəkdə Zəngəzurun Şərqinin də, Qərbinin də Azərbaycana qaytarılmasını hədəfləməliyik və bizim gələcək nəsillərimiz buna nail olacaq. Zəngəzur Azərbaycanın tarixi torpağıdır. Bizim ora iddiamız var. 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcı Zəngəzur deyil, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Niyə Ermənistan heç öz ərazisi olmayan yerlərə iddia edir, böyük Ermənistan xülyasıyla yaşayır? Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdən çəkinməliyik?! Kimsə desə iddia edirsən, yaxşı edirəm. Yaxşı edirik. Biz öz tarixi torpaqlarımıza iddialıyıq və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir. Siyasi rəhbərlər deyə bilmirlər, müəyyən səbəblər olur. Amma biz cəmiyyət olaraq, media, ictimaiyyət bunu yaddaşımızda saxlamalıyıq”.

Fəzail Ağamalıdan sonra söz alan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deputatları çaşğın fikirlər yaymamağa çağırdı.

“Türk dünyası arasında qırılan sərhədlər iqtisadi yolla bərpa ediləcək. "Tarixi bilmək lazımdır. Mən Zəngəzur o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Altay Qazaxıstndan alındı. Bu sonuncu xətti qırmaqla türk dünyasının xətti qırıldı. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir. Çünki bu vahid türk xəttinin bərpası deməkdir”./bizimyol/info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar