Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan PUA-ları Xankəndi üzərində uçmaqda davam edir - ŞƏRH

Tarix: 07-07-2021 20:50     Baxış: 4239 A- / A+
Azərbaycan PUA-ları Xankəndi üzərində uçmaqda davam edir - ŞƏRH

"Bakı təxribatla bağlı Kremlə xəbərdarlıq etməlidir”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev ermənilərin Ağdam istiqamətində növbəti dəfə atəşkəsi pozmasına rəğmən, Rusiya sülhməramlılarının özlərini yenə də görməməzliyə vurması fonunda Azərbaycanın antiterror əməliyyatına başlaya biləcəyinin nə dərəcədə real olub-olmadığı məsələsinə toxunarkən deyib. Politoloq vurğulayıb ki, 10 Noyabr bəyanatı qüvvədə olduğu müddətdə erməni tərəfinin təxribat törətməkdə davam etməsi yolverilməzdir:

"Hazırkı şəraitdə mövcud olayla bağlı rəsmi Bakı rus sülhməramlılarının rəhbərliyi, eyni zamanda, Kremlə rəsmi şəkildə müraciət etməlidir. Hətta bununla bağlı həmin instansiyalara xəbərdarlıq edilməlidir. Moskva silahlı erməni birləşmələrinin Qarabağı tərk etməsini öhdəsinə götürüb. Burada, ümumiyyətlə, erməni silahlı birləşmələri olmamalıdır”.

Həmsöhbətimiz indiki halda düşmən təxribatlarına son vermək üçün antiterror əməliyyatına ehtiyac olmadığı qənaətindədir:

"Çünki antiterror əməliyyatına başlamaq üçün ortada məsələ yoxdur. Orada sadəcə 5-6 kiçik qruplar var. Ortada ciddi məsələ olsaydı, Azərbaycan çoxdan prosesə müdaxilə edərdi. Nəzərə almaq lazımdır ki, mövcud vəziyyətdə də Azərbaycanın Xankəndidə baş verən hər hadisə barədə məlumatı var. Xankəndi üzərindən Azərbaycanın pilotsuz aparatları uçmaqda davam edir. Bütün Qarabağ Azərbaycan hərbçilərinin nəzarətindədir. Bu da o deməkdir ki, Xankəndidə rus sülhməramlılarının olması reallığı dəyişmir. Digər tərəfdən, burada rus sülhməramlılarından əlavə Türkiyənin Rusiya ilə birgə müşahidə qrupu da mövcuddur. Azərbaycan hərbi sahədə Türkiyə ilə geniş müstəvidə əməkdaşlıq edir. Hərbi kəşfiyyat məsələsində də qardaş ölkə ilə əlaqələrimiz var”.

T. Rzayev qeyd etdi ki, ermənilərin bu təxribatlarına son qoymaq üçün antiterror əməliyyatından əvvəl ortada kifayət qədər diplomatik rıçaqlar da mövcuddur. Onun fikrincə, Laçın dəhlizinə rus sülhməramlıları nəzarət etsə də, ən azından Azərbaycan hər an bu dəhlizi bağlamaq üçün müstəqil hüquqi prosedura malikdir.

Digər tərəfdən, həmsöhbətimiz məsələyə tək Qarabağ kontekstində yanaşmağın tərəfdarı deyil. O düşünür ki, müharibədən sonra dəyişən və Bakının xeyrinə olan geosiyasi vəziyyəti də nəzərə almalıyıq:

"Azərbaycanın əlində hətta Rusiyanın özünə qarşı istifadə edə biləcəyi təzyiq vasitələri var. Regiona amerika əsgərinin gəlməsi ehtimalı da vardı. Amma onların bura gəlməsi Rusiya ilə müqayisədə inanın ki, daha təhlükəlidir. Çünki rusların gəlib nə etdiklərini ən azından görmüşük. ABŞ-ın müdaxilə etdiyi bölgələrdə isə münaqişə uzun illər keçsə də, bu günün özündə belə hələ bitməyib. Rusiyaya isə Azərbaycanın ən azından Türkiyə, Mərkəzi Asiya və enerji layihələri üzərindən təzyiq imkanları vardır. Moskvanın burada 5 ildən artıq qalacağını düşünmürəm. Amerika ilə bağlı isə bunu deyə bilmərik”.

Manevr.az
Azərbaycan PUA-ları Xankəndi üzərində uçmaqda davam edir - ŞƏRH

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar