Xəbər lenti
“Rusiya tədricən Qafqazı tərk edəcək” – Qabil Hüseynli
"Bölgədə cərəyan edən proseslər fonunda regionun ümumi əhval-ruhiyyəsinin getdikcə dəyişəcəyini, burada antirus meyllərinin daha da güclənəcəyini, nəticədə Moskvanın Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalacağını söyləmək mümkündür”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında "Regnum” İnformasiya Agentliyinin baş redaktoru, politoloq Modest Kolerovun Ermənistanda Rusiya hərbi bazalarına artıq ehtiyac qalmadığı və bu səbəbdən yaxın gələcəkdə Gümrü və Erebunidəki rus bazalarının çıxarılmasının reallaşacağı barədə fikrinə münasibət bildirərkən, politoloq Qabil Hüseynli deyib.
Onun fikrincə, region Rusiyanın ziyanına olaraq həddən artıq dəyişib və dəyişməkdə davam edir:
"Türkiyə Azərbaycanda güclü istinad nöqtələri, hərbi bazalar qurmaqdadır. Füzulidəki tikintisi sürətlə gedən aeroport zənnimcə, hərbi istiqamətlidir. Başqa bölgələrdə də belə hazırlıq və ya tamamlama işləri getməkdədir. Doğrudur, indilikdə Paşinyan Azərbaycanla sərhədin qorunmasını da Rusiyaya tapşırır. Lakin bu rus hərbi bazaların gələcəkdə ermənilər tərəfindən birmənalı qarşılanacağını düşünmürəm. Azərbaycan-Türkiyə-Gürcüstanarası təmasların, habelə Bakı ilə İrəvan arasında sülhyaratma prosesinin vüsət alması fonunda Rusiyanın Cənubi Qafqazda qalma ehtimalı da azalacaq”.
Politoloqun fikrincə, imzalanan Şuşa bəyannaməsi fonunda İrəvan çətin ki, Rusiya ilə əvvəlki əlaqəsini qoruyub saxlaya bilsin:
"Bölgədə rus hərbi bazasının olması Qərbi ciddi narahat edir. Qərbin özü də Rusiyanın bölgədən çıxması istiqamətində addımlar atılmasını şirnikləndirir. Ona görə də artıq Ermənistandakı Rusiya hərbi bazalarının aradan qaldırılmasından danışmağa başlayıblar. Bu ideyanı əsaslandıran çoxsaylı arqumentlər var. Bir sözlə, bölgədə cərəyan edən proseslər fonunda regionun ümumi əhval-ruhiyyəsinin getdikcə dəyişəcəyini, burada antirus meyllərinin daha da güclənəcəyini, bunun da nəticəsində Moskvanın Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalacağını söyləmək mümkündür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar