Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni diversantlara yüngül cəza verilməsinin sirri açıldı - “Bakı Yerevana bu imkanı vermədi”

Tarix: 05-07-2021 12:17     Baxış: 4173 A- / A+
Erməni diversantlara yüngül cəza verilməsinin sirri açıldı - “Bakı Yerevana bu imkanı vermədi”

"Füzuli və Zəngilanın mina xəritələri qarşılığında 15 erməni hərbçinin qaytarılması məsələsində müzakirəyə səbəb olan iki məqam var. Birincisi, erməni diversantlara niyə çox yox, 6 ay həbs cəzası verildi? İkincisi, məhkəmədə hökm oxunan ermənilər niyə qaytarıldı?”

Manevr.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, əslində məsələnin mahiyyəti saxlanılanların bir çoxunun cəza müddətinin geri qayıtmamışdan öncə məhz Bakıda başa çatmasındadır:

"Hərçənd, öncə rəsmi Bakının müharibədən sonra saxlanılan erməni diversantlar üzərindən nail olmaq istədiyi hədəflərə baxmaq lazımdır.

Birinci hədəf: Qarabağın Azərbaycan torpağı olduğunu, sərhədlərimiz daxilində istənilən cinayətin Azərbaycan qanunları ilə cəzalandırıldığını Ermənistana, erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sübut etmək idi. Buna qismən də olsa nail olunub və proses davam etdirilir.

İkinci hədəf: erməni hərbçiləri Qarabağa hərbi xidmətə getməkdən çəkindirmək, Ermənistan hakimiyyətinin qərarına daxildən təsir etmək idi. Buna tam nail olundu.

Üçüncü hədəf isə erməni diversantlardan Ermənistanın daxili siyasətinə təsir göstərmək və mina xəritələri ilə "barter” etmək idi. Bu istiqamətdə konkret nəticələr var: Ağdam, Füzuli və Zəngilanın mina xəritələri alındı. Geri qaytarılan erməni diversantlar arasında Bakıda məhkəmə hökmü ilə 6 aylıq həbs cəzasına məhkum edilənlər var və onların cəza müddəti istintaq dövründə başa çatmış hesab olunur”.

Ekspert qeyd edib ki, Bakı "barter”dən öncə iki gediş edib: "Erməni diversantları Bakıda məhkəmə önünə çıxardı və hökm oxundu. Cəzalandırılmadan qaytarılması bu ermənilərin rəsmi İrəvanın iddia etdiyi kimi "hərbi əsir” olduğunu qəbul etmək, o cümlədən, müharibədən sonra Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğu prinsipinə zidd olardı. Erməni diversantların bir çoxuna 6 aylıq həbs cəzası verilməsi cəzalarının Bakıda başa çatması məqsədi daşıyırdı. Çünki 10 il, yaxud daha çox həbs cəzası verib İrəvana göndərmək olardı, lakin onlar Ermənistana çatan kimi azad olunacaq və qəhrəmanlaşdırılacaqdı. Bakı Ermənistan hakimiyyətinə bu imkanı vermədi.

Bu gedişlərin nəticəsini belə sıralamaq olar: Erməni hərbçilərə Bakıda hökm oxumaqla onların "hərbi əsir” yox, diversant olduğu göstərildi. Yüngül cəza ilə Azərbaycanın məqsədinin ermənilərin iddia etdiyi kimi "qisas” almaq yox, sərhədləri daxilində dövlət təhlükəsizliyini təmin edilməsi olduğu nümayiş etdirildi və bununla presedent də yaradıldı. Təbii ki, erməni diversantlardan profillərinə uyğun istifadə olundu: mina xəritələri əldə edildi. Prosesin davam edəcəyi və digərlərindən də profillərinə uyğun istifadə ediləcəyi gözləniləndir”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar