Xəbər lenti
Rüstəm Muradov:"Rusiya tərəfi gələcəkdə də..."

Üçtərəfli bəyanata uyğun fəaliyyətimiz çərçivəsində bu gün Bakıya şəxsən özüm iki rayonun mina xəritələrini verdim. Bu xəritələr erməni birlikləri tərəfindən Dağlıq Qarabağda keçmiş konflikt zamanı basdırılmışdı. Öz növbəsində Azərbaycan 15 erməni hərbçini azad etdi və onlar Rusiya sülhməramlılarının təyyarəsi ilə İrəvana çatdırıldı.
Manevr.az xəbər verir ki, bu sözləri Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov deyib.
O bildirib ki, Rusiya tərəfi gələcəkdə də üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə davam edəcək.
Qeyd edək ki, ötən gün Ermənistan Füzuli və Zəngilanda basdırılan 92 min tank və piyada əleyhinə mina xəritələrini Azərbaycana təhvil verib, əvəzində isə 15 erməni terrorçu geri qaytarılıb.
Qaytarılanlardan 12-si barədə iki gün öncə Ağır Cinayətlər Məhkəməsində sərhəd pozuntusu ittihamı ilə 6 aylıq həbs cəzası verilmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar