Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının Yerevana israrlı sülh çağırışları: Paşinyan hələ susur

Tarix: 01-07-2021 19:45     Baxış: 4140 A- / A+
Bakının Yerevana israrlı sülh çağırışları: Paşinyan hələ susur

Azərbaycan rəhbərliyi həm Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl, həm seçkilərin başa çatmasından sonra Yerevanı böyük sülh sazişi ətrafında ləngimədən danışıqlara başlamağa çağırıb. Prezident İlham Əliyev bu günlərdə öz çıxışlarından birində növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb və ümumiyyətlə Ermənistanda bu iki sözün birləşməsini unutsalar yaxşıdır. Və prezident Yerevanı iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlara çağırıb. O cümlədən sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar da böyük sülh danışıqlarının tərkib hissəsi olmalıdır. “Nə qədər ki, sülh müqaviləsi yoxdur, deməli sülh də yoxdur”,-Azərbaycan prezidenti bildirib.

Ötən gün isə xarici işlər naziri Ceyhun Bayramov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Yerevanı növbəti dəfə sülh danışıqlarına başlamağa çağırıb.

Əlbəttə, Ermənistanla sülh müqaviləsi birinci növbədə tərəflərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasına əsaslanmalıdır. Əks halda bunun adı heç sülh müqaviləsi də olmazdı. Başqa sözlə, sülh müqaviləsinə gedən yol Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından və Dağlıq Qarabağın statusuna dair hər hansı şərtlər irəli sürməməsindən keçir.

Bakıdan səslənən bu israrlı çağırışlara Ermənistan rəhbərliyində hələ reaksiya yoxdur. Seçkilərdən əvvəl bu çağırışlara cavabın olmaması anlaşılan idi, çünki Paşinyana onsuz da “kapitulyant” damğası vurulub və onun Azərbaycanla sülhə hazır olması barədə çıxışlar etməsi rəqiblərinin daha kəskin hücumlarına səbəb olardı. Paşinyanın əsas rəqibləri isə seçki kampaniyası dövründə bunu açıq deməsələr də, revanşa can atan qüvvələr idi və təbii ki, onlardan konstruktiv yanaşma gözləməyə dəyməzdi. Robert Köçəryan və onun tərəfdaşları daha çox “layiqli sülh”dən danışmağa üstünlük verirdilər. Belə sülh isə onun fikrincə, “ən azından Şuşa və Hadrutun qaytarılması hesabına” baş verməli idi.

İndi isə seçki bitib və Paşinyan parlamentdə üçdə iki səs çoxluğuna malikdir. Deməli, Azərbaycanın sülh çağırışlarına Ermənistandan nəhayət adekvat reaksiya gözləməyin vaxtıdır. Doğrudur, hələ Paşinyan yeni kabineti formalaşdırmayıb və ümumiyyətlə, Ermənistanda Xarici İşlər Nazirliyi də faktiki olaraq mövcud deyil, işləmir. Amma Ermənistan rəhbərliyinin yanaşmasında hər halda, sülhə doğru meylləri görməyin vaxtıdır.

Lakin belə görünür ki, Yerevanda hələ də Ermənistanın indiki milli fəlakətdən çıxmasının yeganə yolunun qonşularla sülhdən keçdiyini dərk etmək istəmirlər. Paşinyan özü Azərbaycanın sülh təşəbbüslərinə reaksiya verməsə də bu gün onun yaxın tərəfdaşı, parlamentin xarici əlaqələr komissiyasının üzvü Ruben Rubinyan “Bakının təzyiqi altında heç bir sülh müqaviləsi imzalamağa hazırlaşmadıqlarını” bildirib.

Rubinyan deyir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini “məmuniyyətlə imzalayardı”, əgər Bakı Dağlıq Qarabağın “öz iradəsini ifadə etmə əsasında formalaşan statusunu” qəbul etsəydi. Onun sözlərinə görə, Ermənistanın sülh müqaviləsi bağlaması və bu zaman Azərbaycanın ərazi bütövlüyünü “susmaqla dəstəkləməsi” sadəcə olaraq istisnadır.

Başqa sözlə, Yerevanda hələ də sülh əhval-ruhiyyəsi yoxdur və belə olan halda qalib tərəf olaraq Azərbaycan da öz konstruktiv ritorikasını, sülhə çağırışlarını davamlı olaraq təkrar edə bilməz. Sülh ilk növbədə Ermənistanın indiki böhrandan çıxa bilməsi üçün lazımdır və əgər bu ölkədə yenə də “Dağlıq Qarabağ” və “status” kimi ifadələr işlətməkdə davam etsələr yenə eyni dırmığa ayaq basmış olacaqlar./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar