Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Paşinyan 10 noyabr və 11 yanvar sazişlərinə tam şəkildə əməl etsə..." - Politoloq

Tarix: 30-06-2021 20:38     Baxış: 4250 A- / A+
"Paşinyan 10 noyabr və 11 yanvar sazişlərinə tam şəkildə əməl etsə..." - Politoloq

"Köçəryanın bu açıqlamasına ən lokal və dürüst cavabı Ermənistandakı parlament seçkilərinin son nəticələri verdi. Ermənilərin cəmi 21 faizi Köçəryanın təmsil etdiyi partiyaya səs verib”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Ermənistanda parlament seçkilərində məğlub olan keçmiş prezident Robert Köçəryanın Nikol Paşinyan hakimiyyətinin mövcud kursu davam etdirəcəyi təqdirdə, il yarımdan sonra yenidən erkən parlament seçkilərinin keçiriləcəyilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Həmsöhbətimizin sözlərinə görə, Paşinyan 10 noyabr və 11 yanvar sazişlərinə tam şəkildə əməl edərsə, Köçəryanın arzuladığı erkən parlament seçkiləri də olmayacaq:

"Seçkilərdə əksəriyyət Paşinyanı dəstəkləyib. Beləliklə əksər erməni seçicisi Köçəryana "yox” dedi. Bunun özü Köçəryanın açıqlamasına verilən cavabdır. İkinci bir tərəfdən, seçkinin nəticəsi Ermənistanın Qərbə doğru inteqrasiyasına dəstək deməkdir. Paşinyan bundan sonra Ermənistanın Qərbə inteqrasiyası yolunda daha ciddi şəkildə manevrlər edəcək. Ermənistan hökuməti digər tərəfdən 44 günlük müharibənin nəticələrini, bağlanan üçtərəfli razılaşmaları nəzərə almaya bilməz. Paşinyan anlayır ki, bu razılaşmalara əməl etmək perspektivdə Ermənistanın iqtisadi-sosial baxımından dirçəlişinə ciddi töhfə verə bilər”.

Politoloq düşünür ki, əslində Köçəryanın arzusunun gerçəkləşməməsi daha çox Paşinyanın özündən asılıdır:

"Ermənistan əsassız ərazi iddialarından imtina edərək, Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanısa, blokadadan da çıxacaq. Paşinyanın bunları etməyə siyasi iradəsi çatsa, perspektivdə ilyarım deyil, hətta üç ildən sonra Ermənistanda erkən parlament seçkilərinin keçirilməsinə heç bir ciddi ehtiyac da qalmayacaq. Köçəryan və Sarkisyan olsa-olsa Paşinyana münasibətdə müxalif mövqedə dayanan siyasətçilər olaraq qalacaqlar”.

E. Mirzəoğlunun fikrincə, Köçəryanın belə bir açıqlaması əslində onun dolayısı ilə seçkilərdə məğlub olduğunu növbəti dəfə etiraf etməsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar