Xəbər lenti
Tovuz niyə atəşə tutulur? – Rusiyanın mesajı, yoxsa Ermənistan ordusunda dərəbəylik?

"Paşinyan özünü tam bərkidənə və kökünü daha dərinə nüfuz etdirənə qədər Azərbaycan Rusiyanın da marağında olan belə hərbi təxribatlarla üzləşəcək”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Ermənistanda keçirilən seçkilərdən sonra gərginliyin azalması əvəzinə, düşmənin Tovuz istiqamətində hərbi təxribatlara getməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:
"Ermənistanın bu təxribatları 3 səbəbdən baş verə bilər. Hələ də Ermənistan ordusunda vahid komandanlıq yoxdur. Heç də bütün orduya nəzarət olunmur. Ölkədə siyasi hakimiyyət boşluğu var. Seçki bitsə də hökumətin formalaşması başa çatmayıb. Erməni ordusunda rusiyayönümlü zabitlər əksəriyyət təşkil edir ki, Paşinyanın ordunu bu kimi zabitlərdən təmizləməsi hələ xeyli zaman alacaq”.
Həmsöhbətimizin fikrincə, bu təxribatlarda Robert Köçəryan başda olmaqla "Qarabağ klanı”nın da əli ola bilər: "Acı məğlubiyyətdən sonra bəlli idi ki, Köçəryanla Serj Sarkisyn bu kimi təxribatlara əl atacaq. Ona görə də sərhəddə bu cür hərbi təxribatların baş verməsi gözlənilən idi”.
Politoloq son baş verən olaylarda Moskvanın təlimatı ilə reallaşdığını istisna etmir: "Tovuz xəttində ilk təxribat məhz Rusiya Prezidenti Putinin Paşinyanı qələbə münasibətilə təbrik etməsi gününə təsadüf edib. Düşünürəm ki, burada müəyyən mesaj var. Bu mesaj tək Paşinyanla Azərbaycana deyil, həm də Türkiyəyə yönəlib. Tovuz-Qazax zonasından Avropaya gedən bütün enerji xətləri keçir. Belədə burada hər hansı bir təxribatın olması dolayısı ilə həm də Türkiyəyə aiddir. Çünki xətlər Türkiyədən keçir və bu boruların təhlükəsizliyi Türkiyə ordusuna da aid məsələdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar