Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla üç vacib problemi həll etmədən Ermənistanın gələcəyi olmayacaq - Oleq Kuznetsov

Tarix: 28-06-2021 14:33     Baxış: 4255 A- / A+
Azərbaycanla üç vacib problemi həll etmədən Ermənistanın gələcəyi olmayacaq - Oleq Kuznetsov

Seçkilərdən həm əvvəl, həm də sonra Ermənistanın qarşısında üç qlobal problem dayanıb və bu problemləri yeni parlament və hökumət həll etməlidir.

Manevr.az xəbər verir ki, bunu trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq:

"Birincisi, Qarabağdan imtina və bunun Azərbaycanın hissəsi kimi tanınması, ikincisi Azərbaycanla dövlət sərhədinin demarkasiyası, üçüncüsü, Zəngəzur dəhlizinin açılmasıdır. Bu problemlərin hansı ardıcıllıqlar həll olunacağı vacib deyil. Bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq. İstənilən halda bu ölkənin əhalisi və hökuməti ambisiyalarla rifah arasında seçim etməlidir".

Ekspert Ermənistanın mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi" barədə indiyədək danışmasını da şərh edib. O bildirib ki, bu cür açıqlamalar ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulub:

"Bundan başqa, rəsmi Yerevan bununla bəzi xarici tərəfdaşlarına, məsələn, Fransa prezidenti Makrona xidmət edir. Gələn il Fransada prezident seçkiləri keçiriləcək və Makrona erməni diasporunun səsləri çox vacibdir. Əgər Ermənistanın rəsmi şəxsləri heç bir Ermənistan-Azərbaycan münaqişəsinin olmadığını bəyan etsə, Makron beynəlxalq vəziyyətdən anlayışı olmayan biri kimi qəbul ediləcək və bu onun onsuz da aşağı olan reytinqinə daha da ciddi zərbə vuracaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar