Xəbər lenti
"Baş verən son erməni təxribatları göstərir ki...” - Hərbi ekspert

"Baş verən son erməni təxribatları göstərir ki, Ermənistan tərəfi hələ də atəşkəs razılaşmasına əməl etmək niyyətində deyil".
Manevr.az xəbər verirki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasından danışarkən deyib. O bildirib ki, bu həm də ölkənin siyasi rəhbərliyinin Müdafiə Nazirliyi və silahlı qüvvələr üzərində tam nəzarətə malik olmadığını göstərir:
"Belə hadisələr sonunda Ermənistan üçün çox ağrılı-acılı nəticələrə gətirib çıxarda bilər. Paylaşılan son videolardan da erməni ordusunun nə vəziyyədə olduğunu görürük. Əgər onlar 45-50 yaşlarında tör-töküntülərlə Azərbaycan əsgərinə qarşı davam gətirə biləcəklərini düşünürlərsə, yanılırlar".
Ekspert hesab edir ki, aidiyyatı qurumlar bununla bağlı adekvat tədbir görəcəklər:
"Ermənistan tərəf anlamalıdır ki, Azərbaycanın səbr kasası sərhədsiz deyil və bu bir gün daşa da bilər".
Qeyd edək ki, iyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar