Xəbər lenti
“Paşinyan yeni müqaviləyə hazırdır, amma...” - Politoloq
Son günlər Ermənistan mətbuatında Azərbaycanla imzalanması planlaşdırılan sənəd barədə məlumatlar intensivləşib. Məsələn, "Hraparak” nəşri yazıb ki, Nikol Paşinyan sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.
Manevr.az-ın məlumatına görə, bununla bağlı politoloq Turan Rzayev sfera.az-a açıqlamasında deyib ki, əksər hallarda Ermənistan mediasında yayılan xəbərlərin məqsədi tam fərqli ola bilər və buna görə də onları diqqətə almaq doğru deyil:
"Erməni xalqı faktiki olaraq müharibəni uduzan Paşinyanı yeni müharibə başlatmaq istəyən Köçəryana dəyişdi. Buradan belə nəticəyə gəlmək olar ki, erməni xalqı müharibə istəmir və 44 günlük müharibə onların dərs alması üçün kifayət idi. Bu məntiqlə indi həm xalq, həm də region dövlətləri Paşinyandan digər qalan komponentlərin də həllini gözləyir. Ən başlıcası, Azərbaycan-Ermənistan sərhəddindəki demarkasiya və delimitasiya işlərinin düzgün aparılması, minalanmış ərazilərin xəritələrinin geri qaytarılması və təbii ki, Ermənistanın Qarabağın işğalı ilə bağlı Azərbaycandan üzr istəyib beynəlxalq ərazi bütövlüyümüzü tanımasıdır”.
Politoloq hesab edir ki, belə bir müqavilə aktualdır:"Xüsusilə ötən gün Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon təmasları, ardınca prezidentlər arasındakı baş tutan danışıqlarda həm Şuşa, həm 10 noyabr bəyannaməsinin icrası məsələsində aparılan müzakirələr ondan xəbər verir ki, rəsmi Bakı 10 Noyabr bəyanatının həllində maraqlıdır və Kremli bu istiqamətdə aktivliyi artırmağa səsləyir. İrəvan da bunu öz növbəsində qiymətləndirməli və başa düşməlidir ki, başqa seçimi yoxdur. Yeni geosiyasi şərtlər bunu tələb edir”.
Müsahibimizin sözlərinə görə, yeni müqavilənin Paşinyan tərəfindən ən qısa zamanda gerçəkləşdirilməsi gözlənilən deyil:
"Çünki hökumət yeni formalaşır və tərkibində çox güman ki, Qarabağ klanının nümayəndələrindən də kimlərsə olacaq. Düzdür, hazırda onlar seçkilərin nəticələrini tanımırlar. Bu yenə də Paşinyana təkbaşına hökumət qurmaq səlahiyyəti vermir. Onun belə bir səlahiyyəti olsa da, Kreml buna razı olmayacaq. Yaxın günlərdə hər halda Köçəryan və onun blokunun parlamentdə təmsil olunması məsələsini müşahidə edəcəyik. Parlamentdə hazırda səs çoxluğu Paşinyanın blokunda olsa da, nəticə etibarilə Köçəryan da kifayət qədər yerə sahib olacaq və müəyyən qərarlarda Paşinyana qarşı çıxacaq. Müqavilə də bunlardan biridir. Hər halda, belə bir müqavilə var, lakin icrasının yaxın zamanlarda olacağını düşünmürəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar