Xəbər lenti
Rusiyalı ekspert: "Qarabağsız Ermənistan heç kimə lazım deyil..."
"Nikol Paşinyanın əvvəlcə Qarabağ proqramı, problemi həll etmək üçün heç bir üsulu yox idi. Xalqı aldatdı".
Manevr.az xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov news.am-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Paşinyan bu vəziyyətdən daha az itki ilə çıxmaq şansına sahib idi, amma olmadı. Ekspert qeyd edib ki, indi Paşinyan Qarabağın statusunu müəyyənləşdirmək lazım olduğunu söyləyən ATƏT-in Minsk Qrupuna qapılıb.
“Bəs statusu necə təyin edəcək? Onu 9 noyabrda məğlubiyyət aktını imzalaması üçün saxladılar. Bu Əliyevin marağında idi. Moskva bunu ehtiyatla izləyir, amma biz erməni xalqının iradəsinə qarşı çıxa bilmərik. İndi Qarabağ problemini həll etsin. Bunu necə etdiyini görmək istəyirik. Ermənilər Qarabağı qorumaq istəmirlər. İrəvan erməniləri Qarabağ problemini üzərlərindən atmağa qərar verdilər. Onlar Qarabağla məşğul olmaq istəmədilər, ərazini Azərbaycana təslim etdilər. Paşinyan Qarabağsız Ermənistanda, onun coğrafi sərhədləri daxilində Qafqazda cənnət, demokratiya, kapitalizm yarada biləcəyini düşünür. Heç bir şey yaratmayacaq, ancaq dövlətin qalıqlarını məhv edəcək. Ermənistan heç vaxt Qarabağsız bir dövlət olaraq mövcud olmayacaq, çünki heç kim, bir dövlət Qarabağsız Ermənistana ehtiyac duymur",-deyə Tarasov bildirib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar