Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın təqdim etdiyi mina xəritələri saxta çıxıb? – Hərbi ekspertdən açıqlama

Tarix: 21-06-2021 13:32     Baxış: 4145 A- / A+
Ermənistanın təqdim etdiyi mina xəritələri saxta çıxıb? – Hərbi ekspertdən açıqlama

Ermənistan tərəfindən Azərbaycana verilmiş Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Müdafiə Nazirliyi tərəfindən iddia olunan rəqəmlərin dəqiq olmadığı bildirilsə də xəritələrdə yalnışların olması istisna edilməyib.

Maraqlıdır, hərbi əsirlərin qaytarılması müqabilində təqdim edilən yalnış xəritələr xüsusunda Azərbaycan tərəfi hansı addımları ata bilər?

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan hərbi ekspert İbrahim Cəfərov indiki məqamda hərbi addımların yox, siyasi bəyanatların təsirli olacağını bildirib:

"Mina fəsadlarını biz uzun müddət yaşacağıq. Həmişə dediyim kimi, mina ya zərərsizləşdirilir, ya da zərərsizləşdirir. Bu gün Ermənistan ordusunun idarəetmə sistemində ciddi problemlər var. Buna görə də onlardan düzgün mina xəritəsinin verilməsini gözləmək absurddur. Ağdamın təhrif olunmuş mina xəritəsində də biz bunu görürük. Bu baxımdan Azərbaycan ciddi siyasi bəyanatlarla çıxış etməlidir”.


Ekspert Paşinyanın minalanmış ərazilərin xəritələrinin qaytarılmasında maraqlı olduğunu qeyd edib: "Paşinyan minalanmış xəritələrin geri qaytarılmasında maraqlıdır. Hələ o deputat olarkən bu istiqamətdə çağırış etmişdi. Paşinyan bu gün bəyanatlarla da bildirir ki, türk dövlətləri ilə düşmənçilik apararmaq Ermənistan dövlətçiliyini sual altında qoymaq deməkdir. Hazırda Paşinyanın bu istiqamətdə görəcəyi işlər çoxdur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar