Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Köcəryanı yenidən həbs etdirə bilər – Ermənistanı nə gözləyir?

Tarix: 21-06-2021 12:36     Baxış: 4133 A- / A+
Paşinyan Köcəryanı yenidən həbs etdirə bilər – Ermənistanı nə gözləyir?

Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Nikol Paşinyan 53,92 faiz səslə qalibdir. Lakin hökumət tərəfdarlarından fərqli olaraq seçkinin nəticələri Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu məmnun etməyib. Blok nəticələri tanınmadığını bildirilib.

Maraqlıdır, mövcud vəziyyət Ermənistanda iğtişaşa gətirib çıxara bilərmi?

Manevr.az-ın məlimatına görə, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Ermənistan bütövlükdə cinayətkarların, terrorçuların nəzarəti altında olduğu üçün hər şeyin baş verməsi mümkündür:

“Ermənistanda qanunsuzluq hökm sürür. Köçəryan hərbi cani, cinayətkardır. Hələ Paşinyan özünün rəhbərliyi vaxtında Köçəryanı yol verdiyi qanunsuzluqlara görə həbs elətdirmişdi. Bu məsələ ola bilər ki, təzədən yenilənsin. Köçəryan-Sarkisyan cütlüyü və onlar kimi düşünənlər hər şeyə əl ata bilər. İnsanları vətəndaş itaətsizliyinə səsləyərək qarışıqlıq sala bilərlər”.

Millət vəkili hesab edir ki, Köçəryanla Sarkisyan heç bir şeyə nail ola bilməyəcək:

“Çünki o iki cinayətkarın seçkidə yığdığı səsi üst-üstə toplasan, 25-26 faiz etmir. Bu isə çox kiçik rəqəmdir.

Digər tərəfdən artıq uzun illərdir ki, Ermənistanda ermənistanlı və qarabağlı qütbləşməsi gedir. Son dövrdə bu özünü çox güclü biruzə verdi və ermənistanlı ermənilərin əksəriyyəti birmənalı olaraq onları düşmən elan etdi. “Niyə bizim balalarımız sizə görə gedib qırılır?”,-dedilər. Bu məsələlərə görə onların Ermənistanda mövqeləri laxladı.

Həmçinin onlar Ermənistanda hakimiyyətdə olduqları dövrdə Ermənistanı çapıb talayıblar. Erməni xalqı bunun hamısından nəticə çıxarıb. Paşinyan məğlub lider olsa da, xalq ona səs verməyi üstün tutub. Mənə elə gəlir ki, qarışıqlıq da olsa, mitinq də keçirilsə, artıq iş işdən keçib, yəni Paşinyan qalibdir. Heç bir şey dəyişməyəcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar