Xəbər lenti
Ermənistana təzyiq göstərilməlidir... - ABŞ qəzeti
Amerikada çıxan “Brattleboro Reformer” qəzetində “ABŞ azərbaycanlı uşaqların əsirlikdən azad olunmasını tələb etməlidir” sərlövhəli məqalə dərc olunub.
Manevr.az[/color xəbər verir ki, məqalə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və 1990-cı illərdə Birinci Qarabağ müharibəsi dövründə erməni qoşunları tərəfindən əsir götürülən azərbaycanlı uşaqlara həsr edilib.
Materialda hər il iyunun 1-nin dünyanın bir çox ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsindən söhbət açılır. Bu əlamətdar hadisə dünya birliyini uşaqların hüquqlarını qorumağa və onların rifah halını yaxşılaşdırmağa sövq edir. Təəssüf ki, 29 il bundan əvvəl, Azərbaycanın Qarabağ regionunda Ermənistan tərəfindən etnik təmizləmə aparıldığı zaman həmin regiondakı azərbaycanlı uşaqların xoşbəxtliyinə son qoyulub.
Qeyd olunur ki, erməni ordusu işğal edilmiş ərazilərdə azərbaycanlı uşaqları məqsədyönlü şəkildə oğurlayırdı. 71 azərbaycanlı uşaq hələ də itkin düşmüş hesab edilir və Ermənistan onların harada olmaları barədə məlumat verməkdən imtina edir. Məqalədə, həmçinin deyilir ki, ABŞ Ermənistana təzyiq göstərməlidir ki, o, artıq boya-başa çatmış Azərbaycan vətəndaşlarını erməni əsirliyindən azad etsin, yaxud da əgər onlar erməni hərbçiləri tərəfindən qətlə yetiriliblərsə, bu barədə məlumat təqdim etsin.
Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə aparılan növbəti kampaniya nəticəsində dərc edilib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar