Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Elə şey yoxdur, biz Qarabağı quracağıq, ruslar da gəlib...”

Tarix: 19-06-2021 19:41     Baxış: 4133 A- / A+
“Elə şey yoxdur, biz Qarabağı quracağıq, ruslar da gəlib...”

“Rusiya Türkiyənin ən azı onlar qədər Qarabağda olduğunu anlamalıdır. Türk əsgərləri Azərbaycandadır, onlar Azərbaycan dövlətinin dəvəti ilə oradadırlar”.

Manevr.az xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Ekspert Türkiyənin hərbi baxımdan bölgədə olmasını vacib hesab edir: “Bölgə çox mürəkkəb və kritikdir. Söhbət bir çox ölkənin diqqətində olan coğrafiyadan gedir. Zəngəzur dəhlizi birdən çox ölkə üçün vacib bir yerdir. Ancaq daha çox Türkiyə və Azərbaycan üçün “olmazsa, olmazdır”. Rusiya isə bütün bölgəni öz hökmranlığı altında saxlamağa çalışır. Türkiyənin oradakı varlığı bunun qarşısını alır.

Qarabağ hazırda Azərbaycanın nəzarətindədir. Lakin ermənilər qaçarkən əraziləri yandırıb məhv etdilər və üzərinə mina döşədilər. Bakıdan Şuşaya təhlükəsiz bir avtomobil yolu yoxdur. Yeni bir yol açılır. İndi Şuşada nə həyat var, nə də sakinlər. Şuşa və Qarabağın digər şəhərləri yenidən qurulur. İş başlayıb.

Türkiyə bu məsələlərdə Azərbaycanla birgə fəaliyyət göstərir. Rusiya isə qoşunlarını ora (Xənkəndi) yerləşdirərək Qarabağın yenidən qurulmasını gözləyir. Biz Qarabağı yaşanılacaq hala gətirəcəyik, ruslar da əsgərləri ilə bura nəzarət edəcəklər? Belə bir dünya artıq yoxdur”.

Taha Dağlı qeyd edib ki, Qarabağ daha təkcə Rusiyanın hərbi nəzarətində qalacaq bir yer deyil:

“Rusiya indi Türkiyənin Cənubi Qafqaz tənliyində çox və çox əhəmiyyətli bir aktor olduğunu anlamalıdır. Cənubi Qafqazdakı 30 illik status-kvoya son qoyan Azərbaycan və Türkiyənin birgə gücü idi. Bu, gözardı edilə bilməyən həqiqətdir. Artıq Cənubi Qafqazda yeni bir tənlik qurulub və onun öncülü Türkiyədir. Cənubi Qafqaz da artıq Rusiyanın “arxa bağçası” deyil”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar