Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Köçəryan seçilərsə, Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq" - Politoloq

Tarix: 19-06-2021 15:10     Baxış: 4214 A- / A+
"Köçəryan seçilərsə, Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq" - Politoloq

"Paşinyan seçkilərdə qazanmaq üçün hər şeyi edəcək, amma istisna deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün "inqilaba”, yaxud fərqli metodlara əl atsın”.

Manevr.az bildirir ki, bunu politoloq Asif Nərimanlı deyib. O, Ermənistanın eks-prezidenti Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə, nələrin baş verəcəyi ehtimalından da söz açıb:

"Robert Köçəryan üçtərəfli razılaşmaları poza bilməz, çünki bunu Rusiya da istəyir. Amma bir sıra problemlər də yarana bilər. Məsələn, erməni qoşunlarının bölgədən çıxarılması və Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq, Qarabağın "statusu” ilə bağlı təxribatlar intensivləşəcək və sərhədlərlə bağlı müqavilənin imzalanması da arxa plana keçə bilər”.

A.Nərimanlı qeyd edib ki, Azərbaycanın Türkiyə ilə müttəfiqlik müqaviləsi haqqında Şuşa Bəyannaməsini məhz Ermənistandakı seçkidən öncə imzalaması bu perspektiv təhlükələrə qarşı düşünülmüş gediş idi:

"Bəyannamə Ermənistanın, eləcə də üçüncü ölkələrin Azərbaycan sərhədlərində və sərhədləri daxilində yarada biləcəyi təhdidlərin qarşısında qalxandır. Bu, Ermənistanda istər Köçəryanın, istər bütün vazgenlərin gəlməsindən asılı olmayaraq, Qarabağda və sərhədlərimizdə təhdid yarada bilməyəcəyi deməkdir”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar