Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:"Şuşa Bəyannaməsi böyük tarixi razılaşma və yeni mərhələnin başlanğıcıdır"

Tarix: 19-06-2021 13:57     Baxış: 3230 A- / A+
Müşfiq Məmmədli:"Şuşa Bəyannaməsi böyük tarixi razılaşma və yeni mərhələnin başlanğıcıdır"

"İyunun 15-də Şuşa şəhərində imzalanan birgə Müttəfiqlik Bəyannaməsi Qars Müqaviləsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşmadır. Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edib, əlaqələrin ən yüksək səviyyəyə qaldırmaqla keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymasına xidmət edəcək. Vurğulamaq lazımdır ki, bu Bəyannamə regionun gələcək inkişafında da mühüm amil kimi çıxış edəcək".

Bu fikirləri açıqlamasında Milli Məclisinı deputatı Müşfiq Məmmədli deyib.

Millət vəkilinin fikrincə, Şuşa Bəyannaməsi iki qardaş ölkənin və xalqın sarsılmaz münasibətinin əyani nümunəsidir: "Şuşa Bəyannaməsi, sözün hər mənasında, yeni bir mərhələnin başlanğıcıdır. Bəyannamədə siyasi, iqtisadi-ticari, təhsil, diaspor, media sahəsində əməkdaşlıqla yanaşı, hərbi, milli təhlükəsizlik sferasında birgə əməkdaşlıq, o cümlədən bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri öz əksini tapıb. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Azərbaycan ilə Türkiyə sıx əməkdaşlıq edir. Bütün bu uğurlar cənab Prezidentimizin apardığı qətiyyətli və milli maraqlara söykənən siyasətin nəticəsidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar