Xəbər lenti
İranın yeni prezidenti İbrahim Rəisi oldu
İranda keçirilən prezident seçkilərində prezidentliyə namizəd İbrahim Rəisi 17,8 milyon seçicinin səsini qazanaraq qələbəsini təmin edib. Bu seçicilərin 50 faizindən çoxunun səsi deməkdir.
Manevr.az xəbər verir ki, bu barədə seçki qərargahından Camal Orf məlumat verib. “İlkin məlumatlara görə, seçkilərdə 28,6 milyon seçici iştirak edib və hazırda səsvermənin nəticələrinin yoxlanması prosesi davam edir. İlkin hesablamalara görə İbrahim Rəisi seçicilərin 17,8 milyon, digər namizədlər Möhsün Rezai 3,3 milyon, Hemməti 2,4 milyon, Qazizade Haşemi isə 1 milyon seçicinin səsini qazanıb. Seçkinin rəsmi nəticələrini isə İran Daxili İşlər naziri bu saatlarda elan edəcək” - Camal Orf deyib.
Qeyd edək ki, digər namizədlər İbrahim Rəisinin qələbəsini qəbul edirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar