Xəbər lenti
İranda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

13-cü çağırış İran prezident seçkilərində ilkin nəticələrə əsasən, İbrahim Rəisi 17,8 milyon (62%) səs toplayıb.
Bunu İranın Seçki Komissiyasının sədri Camal Orf deyib.
C.Orfun sözlərinə görə, prezidentliyə digər namizəd Möhsün Rzayi 3,3 milyon (11%) səs toplayıb.
Əbdülnasir Hemmətiyə 2,4 milyon (8%), Əmir Hüseyn Qazizadə Haşemiyə isə 1 milyon (3%) seçici səs verib.
İran rəsmisi istifadə olunan bülletenlərin sayına əsasən 28,6 milyon nəfərin səsvermədə iştirak etdiyini deyib.
Qeyd edək ki, ötən gün (18 iyun) İranda 13-cü çağırış prezident seçkiləri keçirilib. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparıb. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var. (trend)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar