Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Köçəryanın sözünə yox, İrəvanın gününə baxın

Tarix: 18-06-2021 21:12     Baxış: 4170 A- / A+
Köçəryanın sözünə yox, İrəvanın gününə baxın

Seçkiqabağı siyasətçilərin müxtəlif vədlər verməsi normal bir şeydir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda seçki ərəfəsində siyasi qüvvələrin revanşist vədlərini şərh edərkən deyib.

O bildirib ki, indiki mərhələdə nə Paşinyanın verdiyi vədi ciddiyə almaq lazımdır, nə də Köçəryanın:

“Ermənistanda parlament seçkilərinə iki gün qalıb. Hazırda rəqiblər arasında amansız mübarizə gedir. Vaxt azaldıqca namizədlərin vədlərini çoxaldacağı gözlənilən idi. Düşünürəm, bu kimi ifadələrə çox da fikir vermək lazım deyil.

Seçkilərdə Paşinyan qələbə qazansa da, çox güman ki, real siyasəti bundan öncəkindən fərqli olmayacaq. Diqqət etsəniz, Paşinyan hakimiyyətə gələrkən də ümidverici vədlər verirdi. Yəni Azərbaycanda da münaqişənin dinc yolla həll ediləcəyinə ümid vardı. Nəticədə isə biz tam fərqli bir mənzərənin şahidi olduq. Yəni seçkilərdə namizədlərin hansı vəd verməsinə baxmayaraq, real siyasət tam fərqli ola bilər”.

Politoloq qeyd edib ki, erməni siyasətçilərin vədlərinə deyil, ölkənin hazırkı vəziyyətinə baxmaq lazımdır:

“Yəni bu gün Ermənistan ordusu dağılıb, daxili siyasət sabit deyil, iqtisadiyyat bərbad vəziyyətdədir. Belə bir ölkənin rəhbərinin hər hansı iddialı bəyanatına fikir verməyə ehtiyac yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar