Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Hədəf silahlı erməniləri tərksilah etməkdir” - Ərdoğandan Putinə mesaj

Tarix: 16-06-2021 22:16     Baxış: 4202 A- / A+
“Hədəf silahlı erməniləri tərksilah etməkdir” - Ərdoğandan Putinə mesaj

“Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır”.

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik anlaşmasına diqqət çəkib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur. Rəcəb Tayyib Ərdoğanın Şuşadan bölgə ölkələrinə “gəlin əməkdaşlıq edək”, “Rusiya Prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi. Yəni Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqıRusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır.

Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər.

Bu onların işidir. Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhəddi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar