Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Köçəryan köhnəlmiş ideyalarını cəmiyyətə təlqin etmək istəyir” - Açıqlama

Tarix: 15-06-2021 10:54     Baxış: 3132 A- / A+
“Köçəryan köhnəlmiş ideyalarını cəmiyyətə təlqin etmək istəyir” - Açıqlama

"Seçkiqabağı ermənilər vəd verməkdə dünya çempionudur. Yarış keçirsələr, yalan danışmaqda birinci yeri tutarlar. Köçəryan da Azərbaycan torpağında yaşayıb, böyüyüb, bizim çörəyimizi yeyib. Separatçıların başında durdu, Qarabağı işğal etdilər, prezident oldu, 10 ildə nə etdilər?”.

Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın "Şuşanı, Hadrutu qaytaracam və bu proses iki il vaxt ala bilər” fikrini şərh edərkən deyib. O bildirib ki, hətta erməni xalqı da eks-prezidentin əleyhinədir:

"Köçəryan yalançı, böhtan dolu simasını, xalqa heç də can yandıran dövlət başçısı olmadığını açıb göstərib. Hazırda onun fikri hansısa vədlərlə hakimiyyətə gəlməkdir. Köçəryan bəllidir ki, Rusiyaya arxayın olur. Düzdür, reytinqlərdə Paşinyanla eyni səviyyədədir, lakin onun bazası yoxdur, öz xalqını yenidən aldadır. Hadrut da getdi, Şuşa da getdi, Qarabağ da...Hələ bundan sonra qorxsun ki, o birilər də gedəcək. Seçim erməni xalqınındır və sadə camaat bu gün Paşinyanı istəyir.

Mafiozların (Sarkisyan, bir sıra diasporlar və.s) əksəriyyəti Köçəryanı dəstəkləyir. Ermənistanın ayağa qalxması işinin dalınca getdi. Ermənilərin ağlı olsa, kommunikasilar da açılar, Türkiyəyə, İrəvana da gediş-gəliş olar, qazancları, inkişafları olar . Köçəryan isə bunu erməniyə verməyəcək. Onların ağlı varsa, eks-prezidentin yalan vədlər verdiyini anlayar. Bu xəmir hələ çox su aparacaq. Köçəryan onsuz da parlamentdə təmsil olunacaq. Belə olan halda, müxalifətdə olacaq və yenə də Ermənistanda qırğınlar davam edəcək”.

Politoloq Rusif Məmmədsoy isə deyib ki, seçkilərə az müddət qalmış populist çıxışlar daha da artacaq:

"Robert Köçəryan çox gözəl anlayır ki, sorğular onu yanılda bilər. Hətta son sorğular onu göstərir ki, Paşinyan yenidən önə keçib. Bu mənada Robert köhnəlmiş ideyalarını cəmiyyətə təlqin etmək istəyir. Erməni cəmiyyəti də bunlara qanacaq toplumdur. Ancaq ortada Rusiya faktoru var. Bundan əlavə, Paşinyan yaxın günlərdə belə bir açıqlama verdi ki, biz daha öncə də minalanmış ərazilərin xəritəsini Sergey Lavrova təhvil vermişik. Bu da iki tərəfi düşündürür ki, deməli təxribatda maraqlı tərəflər var və bacardıqları qədər Rusiyadan az asılı olacaq biri gəlməlidir. Təbii ki, bunu düşünənlər də çoxluq təşkil etmir. Ölkədə xaos olacağı, hətta vətəndaş müharibəsinin olacağı şübhəsizdir desək yanılmarıq. Çünki seçkilərdən sonra hansı tərəfin qalib olmasından asılı olmayaraq, kütləvi həbslər baş tutacaq. Paşinyan bunun anonsunu da verib. İstənilən halda, hər cür təxribata, məkrli plana biz də hazır olmalıyıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar