Xəbər lenti
Köçəryanın “Qarabağ kartı” - Keçmiş prezident müharibə istəyir, yoxsa siyasi blef edir?
Ermənistanın ikinci prezidenti Robert Köçəryan seçki yarışında əsasən Qarabağ kartından istifadə edir.
Manevr.az xəbər verir ki, Köçəryan hər çıxışında Qarabağ probleminə toxunur və Paşinyan hakimiyyətini xəyanətdə ittiham edir. O eyni zamanda hakimiyyətə gələcəyi təqdirdə mövcud iqtidarın səhvlərini düzəldəcəyinə işarə edir.
Köçəryan Metsamor sakinləri ilə görüşündə iddia edib ki, Qarabağdakı qondarma rejimi yenidən ayağa qaldırmaq mümkündür.
Keçmiş prezident həmçinin 10 noyabr razılaşmasının müddətindən narahatlıq keçirir. Köçəryan bildirib ki, razılaşmanın 5 il müddətinə əldə edilməsi böyük problemdir.
“Dör il yarımdan sonra Azərbaycan Rusiya sülhməramlılarının bölgədən çıxarılmasını tələb edə bilər. Bu böyük qeyri-müəyyənliyk yaradır. Ona görə də ilk növbədə əmin olmaq lazımdır ki, bu baş verməyəcək”, - deyə o bildirib.
Köçəryanın fikrincə, Ermənistanın danışıqlarda mövqeyi zəifdir: “Ordunun gücləndirilməsi danışıqlar prosesinə bağlıdır. Nə qədər tez ordunu gücləndirsək mövqeyimiz bir o qədər güclü olacaq”.
Seçki kampaniyası başlayandan Köçəryan faktiki olaraq müharibə ritorikası ilə danışır. Ordunun gücləndirilməsi, Qarabağdakı qondarma rejimin bərpası və s. bu kimi fikirlər Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə bölgədə yeni eskalasiyanın başlayacağı barədə ehtimalları artırır. Ən yaxşı halda Köçəryan dönəmində ermənilərin Qarabağda təxribatları arta bilər.
Bəzi ekspertlər isə hesab edir ki, əslində Köçəryan sadəcə blef edir. O, Paşinyan hakimiyyəti üçün ciddi başağrısı olan Qarabağdakı məğlubiyyətdən siyasi maraqları naminə yararlanmaq istəyir. Bu halda onun sərt ritorikaya keçməsi, xüsusilə, Qarabağ problemi ilə bağlı populist fikirlər səsləndirməsi təbiidir./hit.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar