Xəbər lenti
ABŞ Tiflis vasitəsilə Rusiyanı Qafqazdan çıxarır - KİV

Gürcüstanın iştirakıyla 15 erməni əsirin Ağdam rayonundakı minalı ərazilərin xəritələri ilə mübadiləsi şahidlik edir ki, Tiflis Qafqazdakı tarixi rolunu özünə qaytarır, Rusiya isə alternativsiz vasitəçilik statusunu itirir.
Manevr.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın “Rezonansi” qəzeti çıxış edib.
“Misilsiz fakt baş verib. Bunun nəticəsində ABŞ-ın və Qərbin regionda rolu artır. Azərbaycanla Ermənistan arasında indiyə qədər yeganə vasitəçi Rusiya idi”, – deyə məqalədə yer alıb.
Qəzetə açıqlamasında Gürcüstanın konfliktlərin nizamlanması üzrə keçmiş dövlət naziri Paata Zakareişvili baş verən hadisəni fövqəladə vacib məqam adlandırıb:
“Oyuna ABŞ daxil olur. Allaha şükür ki, Gürcüstan Rusiya ilə yox, onlarla yan-yanadır. Rusiya ölkədəki seçkidən sonra (Baydenin seçilməsi nəzərdə tutulur – red.) ABŞ-ın bizim regiona daxil olduğunu görür. Kombinasiya ABŞ tərəfindən parlaq şəkildə həyata keçirildi”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar