Xəbər lenti
Müharibə niyə 19 oktyabrda dayandırılmayıb?

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi olmuş Onik Qasparyan müharibənin niyə 19 oktyabrda, rəsmi İrəvan üçün müqayisəedilməz dərəcədə əlverişli şərtlərin olduğu bir vaxtda dayandırılmaması ilə bağlı bəzi məqamlara toxunub.
Manevr.az xəbər verir ki, “Sputnik”in məlumatına görə, Qasparyan bu məsələdə Paşinyanı günahlandırıb:
“Bəzi məsələlər var ki, biz o sirrləri açsaq, dövlətimizin mənafeyinə ciddi ziyan dəyəcək. Mənasız ittihamlar səsləndirmək əvəzinə hərtərəfli araşdırma aparmaq və məğlubiyyətdə payı olan hər bir günahkar simanı müəyyənləşdirmək lazımdır”.
Qasparyan əlavə edib ki, çox çətin şərtlərlə razılaşma vəziyyətin hərtərəfli qiymətləndirilməsi nəticəsində əldə edilib: “Biz çox pis nəticə ilə faciə arasında seçim etməli idik. Birincini seçdik”-deyə o vurğulayıb.
Digər tərəfdən Onik Qasparyan Paşinyana xitabən bunları deyib: “Niyə müharibə 19 oktyabrda yekunlaşmadı, hansıki bizim üçün nisbətən yaxşı şərtlərlə nəticələnə bilərdi. İnanıram ki, bir gün ermənilər onları narahat edən sualların cavabını alacaqlar” – deyə sabiq Baş Qərargah rəisi fikirlərini yekunlaşdırıb./konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar