Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”

Tarix: 12-06-2021 10:02     Baxış: 3210 A- / A+
“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”

“Mən də belə güman edirəm ki, proseslərin gedişi buna doğru aparır”.

Manevr.az xəbər verir ki, bunu musavat.com-a deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına maneçilik yaradacaqlarsa, o halda Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi sualına cavab olaraq F. Ağamalı deyib ki, əslində Azərbaycan tərəfi Laçın dəhlizinin bağlanması üçün əlinə çox güclü arqumentlər yığır:

“Onlardan da biri məhz Qareginin Xankəndiyə gəlməsi, orada revanşist fikirlər səsləndirməsidir, erməniləri sülhə, təhlükəsizliyə, əmin-amanlığa, birgəyaşayış qaydalarına əməl etməyə səsləmək əvəzinə, yerli ermənilərə intiqam almaq düşüncələrini aşılayaraq getdi. Bu, bizim üçün ciddi faktdır və bu kimi faktlar təbii ki, Laçın dəhlizinin bağlanmasını reallaşdıra bilər.

Lakin ortada Rusiya faktoru var, biz onu yaddan çıxartmayaq. Rusiya müharibədən sonra Ermənistanda məskunlaşan və Qarabağdan gedən bütün erməniləri ən müxtəlif şirnikləndirici amillərlə geri qaytarmağa çalışdı, az-çox buna nail oldu.

Baxmayaraq ki, onun statistikasında şişirtmə var idi, guya Ermənistandan Qarabağa 60 min erməni qayıdıb. Lakin ölkə prezidentinin fikirləri daha mötəbər, daha ciddi və realdır. Prezident qayıdanların sayının 30 mindən yuxarı olmadığını dilə gətirdi. Bu yaxınlarda mən erməni saytlarından oxudum ki, Qarabağda ağlı başında olan, az-çox təhsilli ermənilər kütləvi şəkildə buranı tərk edirlər. Söhbət müəllimlərdən, həkimlərdən, orta texniki savadı, peşəsi olan insanlardan gedir ki, bunlar da əhalinin ən aktiv və gənc kateqoriyasıdır.

Qarabağda qalanlar da qoca, əlsiz-ayaqsız, imkansız və onun-bunun qapısında məhkum olan insanlardır. Bir sözlə, biz bəlkə də bunu gözləməliyik ki, Rusiya sülhməramlıları ilə üz-üzə gəlməmək üçün proses bu şəkildə davam etsin. Eyni zamanda, Rusiya sülhməramlılarının da öz missiyasından kənara çıxmasına imkan verməli deyilik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar