Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibəni dayandıran bəyənatın yeddinci ayı...- Azərbaycan və Türkiyənin Rusiya ilə toqquşan maraqları, dağılan Ermənistan...

Tarix: 11-06-2021 19:51     Baxış: 4209 A- / A+
Müharibəni dayandıran bəyənatın yeddinci ayı...- Azərbaycan və Türkiyənin Rusiya ilə toqquşan maraqları, dağılan Ermənistan...

İyunun 10-da Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində zəfər qazandığı 44 günlük müharibənin bitməsindən 7 ay ötdü. 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 9 bəndlik atəşkəs sənədi imzalanıb.

Bu bəyanat ölkələrin parlamentləri tərəfindən ratfikasiya olunmasa da, 2021-ci il yanvarın 11-də həmin sənəddə nəzərdə tutulan işlərin kerçəkləşdirilməsini etifa edən yeni Bəyanat imzalanıb. Yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyan görüşdə imzalanan Bəyanatda 10 noyabr razılaşmasının icrasına sadiqlik və regionda bütün kommunikasiyaların açılması barədə iradə nümayiş etdirilib.

Ancaq buna baxmayaraq, ötən 7 ayda sözügedən bəyanatın tam icra olunması həyata keçirilməyib. Xüsusən, Azərbaycan üçün prinsipial məsələlər hesab olunan erməni silahlı birləşmələrinin Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarılması, Tərtər-Ağdərə-Kəlbəcər, Qırmızıbazar-Şuşa yolunun, Zəngəzur dəhlizinin açılması, Laçın dəhlizinə paralel yolun çəkilməsi, köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə geri qaytarılması istiqamətində ilkin addımlar atılmayıb. Daha dəqiqi, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyi ləngidib.

Xeyli müddətdir ki, Ermənistanda hakimiyyəsizlik hökm sürdüyündən, rəsmi Bakı bu istiqamətdə tələblərini hələlik israrlı şəkildə ortaya qoymağa tələsmir. Əvəzində Qarabağın minalardan təmizlənməsi, işğaldan azad olunmuş rayonlara əhalinin köçürülməsü üçün zəruri infrastrukturun qurulması,yaşayış yerlərinin tikilməsi, xarici şirkətlərn iştirakı ilə bərpa-quruculuq işlərinin həyata keçirilməsi istiqamətində geniş həcmli işlərə başlanılıb. Paralel olaraq Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, vaxtilə ermənilərin işğalına keçmiş ərazilərdə Azərbaycanın suverenliyini təmin edilməsi istiqamətində addımlar atılır.

Problemlər olsa da, rəsmi Bakı Türkiyə ilə uzlaşdırılmış şəkildə Qarabağla bağlı Azərbaycanın dövlət maraqlarının təmin edilməsinə yönəlik strategiyanı reallaşdırır. Bunun əksinə olan təkliflər qəbul edilmir. Məsələn, Beynəlxalq Böhran Qrupunun bu gün açıqlanan hesabtında da qeyd olunduğu kimi, Rusiya sülhməramlı kontingentinin mandatını müəyənləşdirməyə yönəlmiş Moskvanın təklif etdiyi iki variantı Bakı tərəfindən rədd edilib.

Eləcə də ABŞ və Fransadan Minsk Qrupunun fəaliyətinin bərpa edilməsinə dair istəklərə Bakı cavabsı buraxıb. Azərbaycan hökuməti artıq problemin böyük ölçüdə həll olunduğu, qalan məsələləri də zamanla Rusiya və Türkiyənin birgə səyilə həll edə biləcəyi qənaətindər.

Bu istiqamətdə Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi vacib amildir. Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO zirvəsindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlər bu istiqamətdə hansısa problem olmadığını göstərir.

“Son görüşümüz Baydenlə olacaq, sonra Azərbaycana gedəcəyik. Bildiyiniz kimi, əvvəlcə Füzuliyə enəcəyik, sonra Şuşada qardaşım İlham Əliyevlə görüşəcəyik və iki ölkə olaraq aramızda saziş imzalayacağıq. Bu, hərtərəfli bir müqavilə olacaq" - deyə Ərdoğan bildirib.

Ərdoğanın Şuşaya gəlməsi, oradan verilən mesajlar, dövlətlərasıı müqavilələrin bağlanması Azərbaycan ümün çox böyük əhəmiyyət daşıyır. Bununla Türkiyə Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətindəki qərarlı duruşunu bir daha bütün dünyaya nümayiş etdirəcək...

Müharibədəki ağır məğlubiyyətdən sonra dərin siyasi böhranın yarandığı Ermənistan isə bəzi Qərb ölkələrinin dəstəyi ilə Mnsk Qrupunun fəaliyyətinin bərpa olunmasına, Qarabağda qalan ermənilərə status verilməsi məsəlsini gündəmə gətirməyə çalışsa da, bu cəhdlər uğursuzluğa düçar olub.

Azərbaycan bu təşəbbüsləri qəti şəkildə rədd edir və həmsədrlərin ənənəvi vasitəçilik planlarını qəbul etmir. Rəsmi Bakı ən yüksək səviyyədə Qarabağa hər hansı statusun verilməyəcəyini də bəyan edib.

Müharibədən sonra regiona təsir rıçaqlarını böyük öıçüdə itirən Fransa və ABŞ isə Minsk Qrupunun bərpa olunması istiqamətində səylərini davam etdirirlər. Bu mövqe iyunun 8-də Bakıda, bu gün isə İrəvanda səfərdə olan ABŞ Dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin səfəri zamanı da ifadə olunub.


Ancaq Fransa ən yüksək səviyyədə Ermənistana dəstəyini ifadə etdiyindən, rəsmi Parisin yenidən tərəfsiz vasitəçi kimi masa arxasına qayıtması sual altındadır. Hər halda rəsmi Bakı bununla razılaşmaq niyyətində olmadığını, Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac qalmadığını bəyan edib.

Bu istiqamətdə Rusiyanın mövqeyi bir qədər fərqlidir. Kreml Qarabağ ətrafında ABŞ və Fransa ilə dialoqu davam etdirir. Burada əsas marağı bölgədə öz təsir gücünü artırmaq və beynəlxalq ictimaiyyətin də bunu qəbul etməsini təmin etməkdir. Bunun üçün Moskva Azərbaycan və Ermənistan arasında razılaşmanın həyata keçirilməsinə çalışır. Tərəfləri qarşıdurmaya sürükləyəcək problemlələri qabardılmamasında maraqlı görünür.

Ümumiyyətlə, üçtərəfli bəyanatlarda nəzərdə tutulan işlərini reallaşdırılmasına məsuliyyət daşıyan Rusiya isə ötən müdətdə daha çox Qarabağda möhkəmlənməyə, hərbi infrastrukturunu qurmağa, separatçı rejimin tör-töküntülərini düşdükləri ağır böhrandan çıxarmağa çalışıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin bu barədə mövqeyini tam ifadə edib: "Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə əlaqələndirilməlidir, lakin indi bu məsələyə yox, bölgəyə dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır. Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrləri yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdır, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”.

Lavrovun bu bəyanatında Rusiyanın münaqişəyə ənənəvi yanaşması ortaya qoyulub. Moskva Prezident V.Putinin dediyi kimi, münaqişənin tam həllini "gələcək liderlərin" öhdəsinə buraxmağa cəhd edir. Ona qədər bölgədə humanitar məsələlər həll edilməli olduğunu, Minsk Qrupunun da yalnız bu kontekstdə fayda verə biləcəyini vurğulayır. Yəni Rusiya sülhməramlılarını hələ uzun müddət Qarabağda saxlamağa çalışır...Qarabağdakı ermənilərin də himayəçisi kimi İrəvanın deyil, Moskvanın çıxış etdiyini göstərir.

Ermənistanın birinci Prezidenti Ter-Petrosyan da dünən keçirdiyi mətbuat konfransında bu məqamı təəssüflə vurğulayıb: "Daha Ermənistanın Qarabağ barədə rəyini heç kim soruşmur. Rusiya daha heç vaxt Qarabağı tərk etməyəcək. Biz təkcə müharibəni uduzmamışıq. Ondan daha pisi baş verib. Əgər əvvəllər Qarabağ Robert Köçəryanın günahından tənzimləmə prosesindən çıxarılmışdısa, bu məğlubiyyətdən sonra artıq Ermənistan münaqişə tərəfi olmaqdan çıxarılıb. Ermənistanın rəyini daha heç kəs soruşmur. Ermənistan Qarabağ barədə müstəqil qərar qəbul edə bilmir. Bu ağır hərbi məğlubiyyətdən sonra yəqin ən pis olanı budur ki, biz artıq bu oyunda oyunçu deyilik”.

Petrosyanın bu açıqlaması 10 noyabrdan sonrakı dövrün Ermənistan üçün də acınacaqlı nəticələrlə dolu olduğunu aydın göstərir. Düzdür, yazının girişində Üçtərəfli Bəyanatda nəzərdə tutlan və Azərbaycan üçün vacib olan bəzi maddələrinin icra olunmadığı qeyd edilib.

Amma Petrosyanın qeyd etdiyi kimi, bu, Ermənistanın əldə etdiyi üstünlüklə bağlı deyil. Daha çox Ermənistandakı siyasi böhran və Rusiyanın bölgədə təsirinin artması ilə bağlı yaranmış yeni reallıqlardır.

Bu gün Ermənistan bu şəraitdən faydalana bilirmi? Xankəndindəki separatçı rejimə təsir rıçaqları varmı? İrəvanda qəbul olunmuş hansısa qərarı Qarabağ icra edilə bilərmi? Yaxud Azərbaycan üçün yarımqapalı yollara nəzarət Ermənistanın əlindədirmi? Təbii ki, bu suallar ritorikdir və hamısının cavabı mənfidir.

Petrosyanın dediyi kimi, Ermənistan Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayıb və Qarabağla bağlı proseslərdə söz haqqının tamamilə itirib. Bundan sonra Ermənistanın hansısa məsələdə Azərbaycana şərt irəli sürməsi, Qarabağla bağlı iddialarla çıxış etməsi də mümkünsüzdür.

Atəşkəsdən sonrakı 7 ay Ermənistan üçün istər siyasi, istərsə də iqtisadi planda fəlakətli olub. Məğlubiyyətdən doğan və Moskvadan məharətlə idarə olunan siyasi böhran Paşinyanın qurmağa çalışdığı siyasi sistemi darmadağın edib. Sorğulara görə, əhalinin yarısı heç bir siyasi qüvvəyə inanmır. Ötən yarım ildə 100 minə yaxın erməni ölkəni birdəfəlik tərk edib. Seçkiqabağı çəkişmə isə iyunun 20-dən sonra ölkədə daha dərin siyasi böhranın, hətta mümkündür ki, vətəndaş müharibəsinin baş verəcəyindən xəbər verir. Rusiyanın fəal media, siyasi və s. dəstəyi ilə Köçəryanın reytinqi 10 faizdən 21 faizə qalxıb, Paşinyan isə 11 faiz səs itirərək 23-25 faizdə qərarlaşıb.

Hazırki tablo ondan xəbər verir ki, bir-birini güllələməyə, parçalamağa hazır olan hər iki qüvvə parlamentdə əksər yerləri qazanacaqlar və hökumət qurmaq mümkün olmayacaq. Hələ seçkinin necə keçəcəyi, saxtakarlıq iddialarına reaksiyanın necə olacağı məlum deyil. Bu amillər istisna edilmir və silahlı qarşıdurmanı tətikləyəcək əsas problemlərdən biri hesab olunur.

Bir sözlə, Ermənistanın "görəcəyi günlər" hələ qabaqdadır. Siyasi böhran dərinləşdikcə xarici yardımlar hesabına zor gücünə ayaqda duran iqtisadi sistem də çökəcək və bir ayağını qaçaraq qoymuş ermənilərin ölkədən köçü davam edəcək.

Bu fələkət ssenarisini nə Rusiya, nə də Qərb uzun müddət dəyişə bilməz. Çünki Ermənistan cəmiyyəti məğlubiyyətdən sonrakı böhran dövrünü yaşayır. Xalqı bu vəziyyətdən çıxaracaq elita isə yoxdur, ora daxil olan liderlər Rusiya və Qərb arasında bölünürək bir-birlərini öldürməyə hazırlaşırlar./azpolitika.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar