Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan öz oğlunu Azərbaycana təklif edir: Bizə “pivəsatan” lazımdırmı...

Tarix: 10-06-2021 12:19     Baxış: 4154 A- / A+
Paşinyan öz oğlunu Azərbaycana təklif edir: Bizə “pivəsatan” lazımdırmı...

Bir neçə gün öncə Ermənistanın eks-prezidenti Serj Sarkisyan Nikol Paşinyana təklif edib ki, oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 Ermənistan əsgərinə dəyiş. Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan isə buna cavab olaraq bildirib ki, bu təkliflə razıdır.
Buradan sual yaranır ki, Nikol Paşinyanın oğlu Aşot Azərbaycana lazımdırmı? Ümumiyyətlə, hansı təklif qarşısında diversantları buraxmaq doğru addım olar?


Manevr.az xəbər verir ki, hərbi-siyasi ekspert Elçin Axundzadə bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, mütəxəssisləri əsgərə dəyişmək olmaz.
Paşinyan öz oğlunu Azərbaycana təklif edir: Bizə “pivəsatan” lazımdırmı...

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit
“Böyük Vətən müharibəsi zamanı Stalinin oğlu əsir düşmüşdü və o zaman almanlar istəyirdilər ki, onu Fredrik Paulus ilə dəyişsinlər. Stalin isə demişdi ki, mən əsgəri generala dəyişmirəm. Nikol Paşinyanın oğlu da barda işləyir, ya bar saxlayır. Saxlanılan Ermənistan təxribatçıları isə zabitlər, kəşfiyyatçılar, mütəxəssislərdir. Onları hazırlamaq üçün illər sərf olunub. Biz əsgəri zabitlərə, mütəxəssislərə dəyişə bilmərik. Bəyəm bu alverdir? Onlar ömür boyu deyirdilər ki, azərbaycanlılar ticarətçidirlər. Amma görünən odur ki, əsl ticarətçi onlar imiş.

Bunlar hamısı populist çıxışlardır. Ermənistanda 20 iyun tarixində seçkilər keçiriləcək. Paşinyan da seçkidə xal qazanmaq üçün bu məsələni ortaya atıb. Azərbaycan heç vaxt belə bir addım atmaz. Çünki bu biabırçılığa səbəb olar”.

Ekspertin sözlərinə görə, ümumilikdə götürəndə siyasi aləmdə alver mümkündür.

“Həmin diversantlar gücümüzü nümayiş etdirmək, maraqlarımızı qorumaq üçün bizim əlimizdə olan alətdir. Biz bundan məharətlə və mərhələli şəkildə istifadə etməyi bacarmalıyıq. Məhkəmə prosesi başa çatdıqdan, real hökm kəsildikdən, bunun üstündən bir il ötdükdən və bütün dünyaya Ermənistanda Livandan gələn qanunsuz yaraqlıların vuruşduğunu göstərdikdən sonra mərhələli və maraqlar çərçivəsində dəyişmək olar. Məsələn, bunun qarşılığında mina xəritələrini almaq, Ermənistanı sərhəd barədə müqavilə bağlamağa məcbur etmək olar. Bu dünyanın hər yerində belədir. Onları burada saxlamaq, yedirmək, içirməklə heç nə əldə edə bilmərik. Onlardan tam olaraq istifadə etmək lazımdır”.

Qeyd edək ki, hazırda Aşot Paşinyan İrəvanda barlardan birində pivə satır. Yerli medianın iddiasına görə, bu, bir tamaşadır, yaxınlıqda mühafizəçilər dolaşırlar və onların hər birinə 3700 dollar maaş verilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar