Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Laçın dəhlizini hansı halda bağlaya bilər?

Tarix: 09-06-2021 12:33     Baxış: 4149 A- / A+
Azərbaycan Laçın dəhlizini hansı halda bağlaya bilər?

Ermənilərin sərhəddə törətdiyi təxribatların fonunda Laçın dəhlizinin bağlanması ilə bağlı tələblər artıb. Buna əsas kimi qarşı tərəfin noyabrın 10-da imzalanan üçtərəfli sazişin bəndələrinə riayət etməməsi göstərilir.

Maraqlıdır, Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi? Laçın dəhlizi bağlanacağı təqdirdə nə baş verəcək?

Manevr.az xəbərinə görə, mövzu barədə yenisabah.az-a danışan Milli Məclis deputatı Aydın Mirzəzadə qeyd edib ki, Laçın dəhlizi üçtərəfli sazişin tərkib hissəsidir və bir bəndin yerinə yetirilməməsi digər bəndlərin də dondurulmasına səbəb ola bilər:

“Laçın dəhlizinin bağlanması artıq Zəngəzur dəhlizinin açılmasının qarşısını alacaq. Azərbaycana isə bu lazım deyil. Ona görə də bu gün Azərbaycan sərhədləri möhkəmləndirir. Erməni diversantların təxribatlarının qarşısını alır və Zəngəzur dəhlizinin açılmasına ciddi hazırlıq görür. Eyni zamanda dünya ictimaiyyəti Ermənistanın bu gün öz qonşularına qarşı bu cür təxribatlar törətməsi haqqında məlumatlandırılır. Ermənistan yaxşı dərk edir ki, onun təxribatlarının qarşısı hazırlıqlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır və alınacaq. Dünən bir erməni əsgərinin tutulması, sonradan humanizm nümayiş etdirilərək geri qaytarılması bir tərəfdən Azərbaycanın yüksək hazırlığını, digər tərəfdən isə Ermənistanla normal münasibətlər qurmaq istədiyini göstərir”.

Politoloq hesab edir ki, hazırda emosiyaya qapılıb sonradan xoşagəlməz hallar yaradacaq addımlar atmaq olmaz:

“Laçın dəhlizinin fəaliyyət göstərməsi Zəngəzur dəhlizinin işə düşməsi üçün lazım olan şərtlərdən biridir. Azərbaycanın bir bənddən imtina etməsi artıq 10 noyabr və nəticə olaraq 11 yanvar sazişindən imtina etməsi deməkdir. Azərbaycan isə dünyaya ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanla yaxşı münasibət qurmaq istədiyini nümayiş etdirir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar