Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan bizimlə necə səmimi qonşuluq siyasəti yaradacaq? - Açıqlama

Tarix: 07-06-2021 12:23     Baxış: 4141 A- / A+
Ermənistan bizimlə necə səmimi qonşuluq siyasəti yaradacaq? - Açıqlama

“Bütün dövrlərdə qeyri-səmimi mövqe ortaya qoyan Ermənistanın dövlət siyasətində terrorizmin ana xətt təşkil etməsi dünyaya bəllidir. Bu “dövlət”in öz torpaqları olmadığı kimi, tarixi, mədəniyyəti, musiqisi də yoxdur. Ali təhsil müəssisələrimizdə bu istiqamətdə mərkəzlər yaratmalı və kompleks şəkildə xalqımıza məxsus olanlara sahib çıxmalı, oğurlanmasına, dağıdılmasına, terrora məruz qalmasına yol verməməliyik”.

Manevr az xəbər verir ki, bu sözləri hit.az-a Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, Bakı Avrasiya Universitetinin Mətbuat katibi Şəfayət Avılbəyli 4 iyunda Kəlbəcərdə həmkarlarımızın terror nəticəsində şəhid olmalarına münasibət bildirərkən deyib.

“Biz tam olaraq qonşumuz Ermənistanla tariximizə və bu günümüzə kompleks şəkildə baxmalıyıq, risklər və nəticələri hesablayaraq, ona görə davranmalıyıq. Tarix nəyi göstərir - bunu xalqımız yaxşı bilir”, - deyə o əlavə edib.

Şəfayət Avılbəyli bildirib ki, müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib: “Son olaylar da məhz bu siyasətin davamıdır. Yaxın keçmişimizdə bununla bağlı təkzibolunmaz faktlar, məhkəmə materialları var. Dağlıq Qarabağ münaqişəsindən əvvəl və sonrakı dövrlərdə xalqımıza qarşı, törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Bunlar istintaq materiallarında öz əksini tapıb.

Eyni zamanda, 90-cı illərin əvvələrindən başlayaraq, tarixi terror adlarını yenidən gündəmə gətirərək, Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstəriblər.

İndi bizim Oğuz yurdumuzda, İrəvanda, Göyçədə, Zəngəzurda özlərinə dövlət yaradan Ermənistan bizimlə necə səmimi qonşuluq siyasəti yaradacaq? İstər atəşkəs dövründə, istərsə də bu günümüzdə burunları ovulsa da, məkrli niyyətlərindən əl çəkmək istəmirlər. Heç vaxt ermənilərə aman vermək olmaz. Tariximiz dəfələrlə bizə olacaqları göstərib. Təbii biz birgə yaşayış mümkünlüyünü həmişə prioritet olaraq göstərməkdəyik. Lakin qarşı tərəf hər dəfə hiyləgər siyasəti ilə bizi bir daha düşünməyə vadar edir ki, son 200 ildə bizim başımıza nələr gəlib və gələcəkdə biz nə etməliyik?”

Manevr az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar