Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nəinki Ermənistan, Rusiya da mina xəritələrinə sahibdir”

Tarix: 07-06-2021 11:03     Baxış: 4155 A- / A+
“Nəinki Ermənistan, Rusiya da mina xəritələrinə sahibdir”

“Minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi vandalizmin növbəti təzahürüdür. AİH Konvensiyasına görə, aktiv əməliyyatlar bitdikdən sonra tərəflər bu xəritələri bir-birinə təqdim etməlidir. Ermənistan tərəfi isə onlarda belə bir xəritənin olmadığını iddia edir. Halbuki əməliyyatlar dönəmində bu xəritələr yalnız qarşı tərəfə təqdim edilmək üçün deyil, həm də əməliyyat bölgələri dəyişərkən minaların da yerdəyişməsini icra etmək üçün hazırlanır”.

Manevr.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Züriyə Qarayeva bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, əməliyyatlar dayanandan sonra bu günə qədər Qarabağda mina partlayışı nəticəsində dünyasını dəyişən insanların statistikası və milliyəti də göstərir ki, nəinki Ermənistan, hətta Rusiya sülhməramlıları da bu xəritəyə sahibdirlər.
“Nəinki Ermənistan, Rusiya da mina xəritələrinə sahibdir”

“Rusiyanın Azərbaycana qarşı sərgilədiyi şovinist mövqe burada da aşkar sezilməkdədir. 3 mülki vətəndaşımızın öldürüldüyü mina olayı günü, Rusiyanın İrəvandakı səfiri Zəngəzura səfər edir və sərhəd məsələlərində Ermənistanın yanında olduğunu bəyan edir. Avropa ölkələrinin Bakıdakı səfirlərinin demək olar, hamısı mina faciəsinə görə Azərbaycanın kədərini bölüşür, Ermənistanı mina xəritələrini təqdim etməyə çağırırlar. Lakin Rusiyanın Azərbaycandakı səfiri həmişə olduğu kimi susur.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsinin strateji, hüquqi və mənəvi əsasları yoxdur. Mənfur düşmənin öhdəliyini yerinə yetirməmə səbəbləri Azərbaycan xalqını qorxu içərisində saxlayaraq xof yaratmaq, bölgədə inteqrasiya və rekonstruksiya prosesini gecikdirərək Qarabağın dirçəlişinə əngəl olmaq, məğlubiyyətlərini həzm etməyərək qarşı tərəfdən riyakarcasına qisas almaqdır. Ancaq bu əməllər həm də yerli ermənilərin də bölgəyə köç edib birgəyaşayışına mane olur ki, bu faktın özü bir daha onların sülhə meyilli olmadığını, yad toprağında olduqları üçün gözlərini qırpmadan talan etdiklərini ortaya qoyur”.

Siyasi şərhçinin sözlərinə görə, biz dövlət səviyyəsində bir daha Ermənistandan beynəlxalq hüquqi öhdəliklərinə əməl etməsini və minalanmış ərazilərin xəritələrini və bu məsələ ilə bağlı hər hansı bir vacib məlumat verməsini tələb etməliyik.

“Avropa Ədalət Məhkəməsini Ermənistan bundan imtina etdiyi müddətdə müdaxilə etməyə çağırmalıyıq. Ermənistanın hüquq pozuntusu sadəcə, xəritəni təqdim etməməklə bitmir. Bildiyimiz kimi müharibə aparmağın da, müharibədən sonrakı dövrün də beynəlxalq hüquqla təsbit olunmuş qayda və qanunları var. Yaşayış məntəqələri ərazilərində, çaylar boyunca, yol kəsişmələrində və qəbiristanlıqların yaxınlığında minaların basdırılması, Minalar Əleyhinə Konvensiyasının prinsiplərinin pozulmasıdır.

Digər tərəfdən, Ermənistan hər zaman olduğu kimi, heç bir beynəlxalq hüquq prinsipinə, özünün də imzaladığı heç bir konvensiyaya və heç bir humanizm prinsipinə əməl etməyən, əzəli Azərbaycan torpaqlarında Rusiya imperiyasının Qafqazda forpostu rolunu oynamaq üçün Yaxın Şərqdən köçürülmələrlə yaradılan marionet bir "dövlət"dir. Ona görə də, bu cür mənfur düşməndən təqdim edəcəkləri xəritənin də düzgünlüyünü gözləmək absurd olardı.

İstənilən halda bizim indiki halda atacağımız addım bu yöndə informasiya mübarizəsini gücləndirmək, beynəlxalq təşkilatları duyarlılığa vadar etmək, Ermənistana qarşı sanksiyaların kəskinləşdirilməsini tələb etmək, əsas dəstəkçisi Rusiyanı seçim qarşısında qoymaqdır. Rusiya "dost" mövqeyini ortaya qoyaraq, ya əlindəki xəritələri Azərbaycan tərəfinə də təqdim etməlidir, ya Ermənistanı məcbur etməlidir ki, (sülhün "qarantı" olaraq) onlar boyunlarının borcu olaraq qalib tərəfə təqdim etsinlər, ya da Milli Məclis sülhməramlıların Qarabağda qalması məsələsinə yenidən baxmalıdır. Beynəlxalq qurumlar da artıq başa düşməlidir ki, Azərbaycanın 30 illik səbr kasası daşdıqdan sonra hüququn bərpasını güc yoluyla həll etdiyi kimi, bu təxribatların da qarşısını dəmir yumruqla alacaq. Mövcud reallıqları düzgün qiymətləndirməkiyik. Biz yumşaq mövqe nümayiş etdirdikcə, dövlətçiliyimiyə qarşı imperialist güclərin təzyiqinə adekvat sərt cavab verilmədikcə, Ermənistan-Rusiya tandemi öz mənfur taktikasını davam etdirəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar