Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Razi Nurullayev: “Günahkar ermənilər yox, İlham Əliyevdir?”

Tarix: 06-06-2021 16:08     Baxış: 4221 A- / A+
Razi Nurullayev: “Günahkar ermənilər yox, İlham Əliyevdir?”

"Müxalifət olmaq ağlına nə gəldi danışmaq deyil axı. Müsavat başqanı Arif Hacılı iki jurnalistin minaya düşməsinə görə İlham Əliyevi ittiham edir. Bu hansı məntiqə sığır? Ağlı başında siyasətçi gərək bunu deməsin axı. Demək Ermənistan və ermənilər yox, İlham Əliyev günahkardır? 30 il erməni işğalında olan torpaqların 44 gün ərzində azad olunmasına rəhbərlik etmiş Prezident günahkardır? Əraziləri minalamış ermənilər yox, Azərbaycan Prezidenti?"

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılının Kəlbəcərdə baş verən son hadisə ilə bağlı Azərbaycan Prezidentini hədəfləyən açıqlamasına münasibət bildirərkən deyib.

“Belə müxalifətçilik olmaz axı. Bu artıq müxalifətçilik də yox, ölən şəhidlərin ruhunu incitməkdir. Məgər 5-10 nəfər qəlbi nifrətlə örtülmüş adamın "ura" deməsinə görə belə təxribata getmək olarmı?”, - deyə R.Nurullayev qeyd edib.

Razi Nurullayev həm də Arif Hacılıya müraciət edərək bildirib ki, bu faciədə yalnız erməni faşistləri günahkardırlar.

“Günahkar erməni faşistləridir. Günahkar Köçəryan-Sərkisyan cütlüyü, hazırkı baş nazir Paşinyandır. Erməni dövlətçiliyidir. Azərbaycan 44 gün ərzində bir Livan və 4 Lüksemburq boyda olan ərazini işğaldan azad edib. Maksimum nəticə əldə edib. Kəlbəcər də Sizin də hakimiyyətdə olduğunuz zaman işğal edilib. Biz niyə bir-birimizə şər atıb, qərəzli yanaşıb düşmənləri sevindirməliyik?

Siz ən yaxşısı üzv olduğunuz beynəlxalq partiya birliklərini məlumatlandırın. Ermənistan rəhbərliyi və toplumu minanın partlamasına və jurnalistlərin ölməsinə görə İlham Əliyevi günahlandırır. Siz də İlham Əliyevi günahlandırırsınız. Aranızda olan fərqi izah edə bilərsinizmi?

İlham Əliyev bir qarış torpaq azad edə bilməz deyirdik. O, 4 Lüksemburq boyda ərazini işğaldan azad etdi. İlham Əliyev mənasız yerə silahlar alır deyirdik, əksi oldu. Təki Qarabağ azad olsun, bizə vəzifə və hakimiyyət lazım deyil deyirdik. Qarabağ azad olsun, evimi-eşiyimi satıb Qarabağa qurban verərəm deyirdik. Nə dəyişdi, cənablar?

Ölkəmizdə narazı qalmalı və tənqid olunmalı sahələr var, bunu da edirik. Hakimiyyətə də iddia irəli sürək, sürürük də, narazılığımız da var, deyirik də, amma Qarabağ məsələsində, mina məsələsində Prezidenti hədəf almaq erməni dəyirmanına su tökməkdir.

Ən azından ermənilərin dediyindən fərqli nəsə demək lazımdır. Əks halda, arada olan fərq itəcək. Çox təəssüf edirəm”, - deyə deputat vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar