Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Politoloq: "Kəlbəcərdəki faciə Ermənistanın bütün region üçün təhlükə olduğunu bir daha sübut etdi"

Tarix: 05-06-2021 18:47     Baxış: 3159 A- / A+
Politoloq: "Kəlbəcərdəki faciə Ermənistanın bütün region üçün təhlükə olduğunu bir daha sübut etdi"

“Kəlbəcərdəki faciə Ermənistanın bütün region üçün təhlükə yaradan qeyri-sabit ölkə olduğunu iddia edən Azərbaycanın haqlı olduğunu növbəti dəfə sübut edir. Bunun daha bir sübutu kimi rəsmi İrəvanın mina xəritələrini verməkdən imtina etməsini göstərmək olar. Halbuki bu, imzalanmış sülh razılaşmasının şərtlərindən biri idi".

Manevr.az xəbər verir ki, bu barədə “report”a rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistləri Birliyinin üzvü Yevgeni Mixaylov azərbaycanlı mətbuat nümayəndələrinin Kəlbəcərdə minaya düşərək həlak olmasını şərh edərkən bildirib.

Ekspertin fikrincə, tankəleyhinə minanı Kəlbəcərdə diversantların basdırdığı ehtimalı var: “Bildiyim qədərilə ötən həftə 6 təxribatçı ələ keçirilib, onlardan bir qismi isə qaçmağa nail olub. Sosial şəbəkələrdə belə bir məlumat yayılmışdı. Ola bilər ki, azərbaycanlı hərbçilərin ələ keçirdiyi bu şəxslər mina yerləşdirməyə imkan tapıblar”.

Y.Mixaylov hesab edir ki, hazırkı vəziyyətdə rəsmi Bakı Ermənistanın ağlını başına yığacağını və regionda, xüsusən də Azərbaycanın sərhədyanı rayonlarında vəziyyəti tam sabitləşdirmək siyasəti yürütməyə başlayacağını güman edərək ələ keçirilmiş diversantlara qarşı həddən artıq humanist davranır.

“Bu baş vermir və bu səbəbdən Azərbaycan digər ölkələrlə, ilk növbədə, zonada sülhməramlı kontingentə malik Rusiya ilə birlikdə rəsmi İrəvanı mina xəritələrini verməyə, həmçinin həlak olanların ailələrinə tam təzminat ödəməyə məcbur etməlidir. Hər halda, səhvə yol verdiklərini etiraf edən sivil ölkələr belə edirlər”, - ekspert fikrini tamamlayıb.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar