Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Status yazmaqla "qəhrəman" kimi görünmək niyyətində olan Arif Hacılı özünü daha pis vəziyyətə salır"

Tarix: 05-06-2021 18:26     Baxış: 4139 A- / A+
Deputat: "Status yazmaqla "qəhrəman" kimi görünmək niyyətində olan Arif Hacılı özünü daha pis vəziyyətə salır"

"Sosial şəbəkədə status yazmaqla "qəhrəman" kimi görünmək niyyətində olan Arif Hacılı əslində, özünü daha pis vəziyyətə salır. Çalışırlar ki, böyük qələbəmizə kölgə salmaqla öz günahlarını ört-basdır etsinlər. Bu, qəbuledilməzdir".

Manevr.az xəbər verir ki, bunu pravda.az açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Müsavat Partiyasının başqanı Arif Hacılının sosial şəbəkərlərdə müzakirələrə səbəb olan paylaşımı ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, dövlətin yaratdığı reallığı artıq bütün dünya qəbul edir: "Dünya liderləri Azərbaycana daha böyük hörmətlə yanaşırlar. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Əlbəttə ki, bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düzgün qurduğu strategiya oldu. Döyüş meydanında erməni silahlı qüvvələri darmadağın edildi və nəticədə Azərbaycan bütün erməni faşizminə qalib gəldi. Ölkə Prezidenti cənab İlham Əliyev bütün müstəvilərdə - həm informasiya müharibəsində, həm də diplomatik sahədə şəxsən özü qalib gəlməyi bacardı, rəşadətli ordumuz düşmən ordusunu darmadağın etdi. 10 noyabr 2020-ci ildə Rusiya-Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin imzası ilə təsdiqlənən üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə də atılmadan, şəhid verilmədən Azərbaycana qaytarıldı. Dövlətimiz ərazi bütövlüyünü təmin etdi. Ermənistan hər zaman mahiyyətcə terrorçu və seperatçı siyasətini yürütməyə davam etməklə vaxtilə işğala məruz qoyduğu Azərbaycan torpaqlarında minalar basdırmış və bu minalanmış ərazilərin xəritəsini bugünə kimi Azərbaycan tərəfinə təqdim etməyib. Azərbaycan dövləti bütün bunlarla yanaşı öz gücü hesabına həm minalardan təmizləmə əməliyyatını sürətlə aparır, eyni zamanda da işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işlərinə başlayıb".

C.Osmanovun sözlərinə görə, Arif Hacılı kimi statuslar yazanlar tarixə nəzər salıb özlərinin törətdikləri əməlləri, xəyanətləri gözlərinin önündən keçirsinlər: "Bildiyimiz kimi, ötən gün 2-si jurnalist olmaqla 3 vətəndaşımız xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həyatlarını itiri , digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu, birinci hal deyil və əlbəttə ki, bütün dünya bu mövzuda Ermənistana təzyiq göstərməlidir. Eyni zamanda, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Arif Hacılı öz şəxsi feysbuk hesabında baş vermiş bu hadisənin günahını Azərbaycan hakimiyyətinin üzərinə yıxmağa çalışır. Əslində, bu, çox absurd bir iddiadır və Azərbaycan xalqının heç zaman olmadığı kimi məhz indi Ölkə Prezidentinin ətrafında cəm olduğuna, milli birliyimizə, Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbəyə kölgə salmaq niyyətidir. Arif Hacılı belə statuslar yazmamışdan əvvəl başa düşməlidir ki, məhz onların hakimiyyəti dövründə Azərbaycan torpaqlarının 20 faizi işğala məruz qalıb. Onların xəyanəti, səriştəsizliyi nəticəsində xalqımıza qarşı soyqırımlar törədilib. Onlar öz məkrli siyasətləri, çirkin niyyətləri üçün min bir oyundan çıxıb, saxtakarlıq ediblər. Beləliklə, səriştəsizlikləri ucbatından torpaqlarımız işğala məruz qalıb. Belə bir status yazmaqla "qəhrəman" kimi görünmək niyyətində olan Arif Hacılı əslində, özünü daha pis vəziyyətə salır. Çalışırlar ki, böyük qələbəmizə kölgə salmaqla öz günahlarını ört-basdır etsinlər. Bu, qəbuledilməzdir. Arif Hacılı kimilər yaxşı anlamalıdırlar ki, bu gün Azərbaycan tarix boyu heç zaman əldə etmədiyi qədər böyük qələbə qazanıb. Bölgədə yaranan bu yenilik dünyaya sıçrayan bir reallıqdır. Belə statusları yazarkən onlar tarixə nəzər salıb özlərinin törətdikləri əməlləri, xəyanətləri gözlərinin önündən keçirsinlər. Məhz bu gün - milli birlik uğrunda daha da sıx birləşmək lazım olan bir anda belə yanlış fikirlərin paylaşılması qəbuledilməzdir".

Millət vəkili vurğulayıb ki, heç kəsdə şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimiz dünyanın ən gözəl məkanlarına çevriləcək: "Bir milyondan çox məcburi köçkün və qaçqınlarımız öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Qısacası, Ölkə Prezidentinin qətiyyətli siyasi iradəsi var. Qüdrətli və güclü Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə qurulub və bundan sonra da daim inkişaf edəcək!".

Qeyd: Müsavat Partiyasının başqanı Arif Hacılı şəxsi feysbuk hesabında Kəlbəcərdə jurnalistlərin ölümü ilə nəticələnən faciəvi hadisə barədə status yazıb. Bunu "Azərbaycan hakimiyyətinin yarıtmaz və səriştəsiz siyasəti" ilə əlaqələndirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar