Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ermənistan sərhədi boyunca beton sədd çəkə bilər: 4 metr hündürlüyündə... - AÇIQLAMA

Tarix: 05-06-2021 15:27     Baxış: 4219 A- / A+
Azərbaycan Ermənistan sərhədi boyunca beton sədd çəkə bilər: 4 metr hündürlüyündə...

"Kəlbəcərdə yaşanan faciə mütəmadi olaraq təkrarlana bilər. Çünki hələ ki sərhəd qurulmayıb və regionla, relyeflə tanış olan şəxslər bilir ki, orada sadəcə sərhəd qoşunları və ordu ilə nəzarəti tam şəkildə həyata keçirmək o qədər də asan deyil”.

Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında "Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib. Partiya sədri minalanma prosesinin əngəllənməsi üçün sədd çəkilməsini təklif edib:

"Diversiya qrupları istənilən vaxt keçə və ərazimizi minalaya bilər, hətta Azərbaycan vətəndaşları oraya köçdükdən sonra təhlükə yarada biləcək.
Mən bu barədə təklif etmişəm. Dünyada bunun anologiyası müxtəlif yerlərdə mövcuddur. Məsələn, vaxtilə Çin səddi çəkilib. Almaniyada demokratik respublika ilə federativ respublika arasında Berlin divarı inşa edilib. Tramp hakimiyyətə gəldikdən sonra Meksika ilə ABŞ arasında divar çəkilişi olub. Fələstin və İsrail arasında da belə bir təcrübə mövcuddur.

Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan tərəfi beton divarlar çəkməlidir. Bu addımla dünyaya ciddi mesaj verilə bilər ki, Ermənistan diversiya qrupları terrorçuluq fəaliyyəti ilə məşğuldur”.

İ.Ağazadə sədd çəkilməsinin dünyaya mesaj olduğunu da qeyd edib:

"Çətin və relyef keçilməz olsa da, 150-200 milyon vəsaitlə burada beton sərhədlər çəkmək, müasir müşahidə kameraları quraşdırmaq, eləcə də Ermənistanla bütün təması kəsmək lazımdır.

Ermənistanla təmas sıfıra endirilməyənədək diversiya qruplarının qarşısını almaq çox çətin olacaq. O cümlədən əsgərlərimiz, sərhədçilərimiz üçün, eləcə də dinc sakinlər məskunlaşdıqdan sonra da onlar üçün təhlükələr olacaq. Beynəlxalq təşkilatlar uzaqlaşaraq bəyanat verəcək, heç kəs bizim yerimizə sərhəd qorumayacaq.

O minalar işlək yola yeni basdırılıb, çoxdan basdırılmış minalar deyil. Çünki həmin yol təminat yolu idi və kifayət qədər işlək idi. Burada mina ilə üzləşmək çoxdanın məsələsi deyildi.

Bu tipli addımları əngəlləmək üçün ən azı Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı istiqamətində 4 metr hündürlükdə, yarım metr enində beton istehkamlar çəkməlidir. İstinad divarları mərkəzləşdirilmiş müşahidə kameraları ilə təmin edilməlidir.

Bu addımla biz dünyaya da mesaj verəcəyik ki, Ermənistan sərhədlərinə iddia etmirik və BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində bu ölkə ilə qonşuluq çərçivəsində yaşamağı qəbul edirik.

Çox təəssüf ki, bəzən Azərbaycan tərəfi emosional şəkildə tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, İrəvan haqda şüarlar səsləndirir. Lakin BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsi mövcuddur. Bu gün hələlik müzakirə mövzusu bunlar deyil. Bu gün sadəcə regionumuzun, Azərbaycanın, həmçinin işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini təmin etmək məsələsi bizim ümdə vəzifəsidir”.

Müsavat Partiyasi İcra Aparatının rəhbəri Gülağa Aslanlı indiki məqamda Azərbaycan diasporunun hərəkətə keçməli olduğunu bildirib:

"Bu gün Azərbaycan hakimiyyətinin əsas vəzifəsi, bütün diplomatik kanallar vasitəsilə dünyaya, ermənilərin azad olunan Azərbaycan torpaqlarında yerləşdirdikləri minaların xəritəsini verməkdən imtinasına yönəltmək olmalıdır.

Dünya ilə işləmək, fakt və sənədləri beynəlxalq təşkilatlara yaymaq lazımdır. Diaspora təşkilatları nəhayət hərəkətə keçməlidir.

Mina qurbanlarının şəxsiyyətini təsdiq edən sənədlər, onların həlak olduqları şərait haqqında videogörüntülər dünyanın rəsmi dövlət orqanlarına və beynəlxalq təşkilatlara təqdim olunmalıdır”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə sülhməramlı qüvvələri ittiham edib:

"Şuşa ətrafında gedən atışmalar, Kəlbəcərdə əsgərlərimizə edilən hücumlar, iki jurnalistimizin həlak olması Azərbaycan xalqına qarşı erməni və rusların açıq müharibəsidir. Bunu gizlətməyin mənası yoxdur. Burda Rusiya böyük oyun oynayır, erməniləri ordan qızışdırıb üstümüzə salırlar. Bəs görən biz niyə dillənmirik? Nəyə görə susuruq? Hanı bəs sülhməramlı qüvvələr?”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar